Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb.
Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər.
Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər.
Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir.Demokrat.az xəbər verir ki, “Globalinfo.az”a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib ki, dərs ilinin 14 iyuna qədər uzadılması məsələsi yenidən nəzərdən keçirilməlidir:“Dərs ilinin son iki həftəsi, xüsusilə 1-14 iyun aralığı real tədris yükü ilə deyil, formallıqla xarakterizə olunur.
Bu, nə şagirdin inkişafına töhfə verir, nə də təhsil prosesinin səmərəliliyini artırır.
Əksinə, iqlim şəraiti, psixoloji yüklənmə və sosial dinamika fonunda bu müddət həm müəllim, həm də şagird üçün məhsuldarlığı sıfıra yaxınlaşdırır.Məktəblərin əksəriyyətində dərslər faktiki olaraq 1 sentyabrda başlayır.Belə olan halda, mayın sonuna qədər şagirdlər artıq 9 aylıq intensiv tədris prosesindən keçmiş olur.
Bu müddət ərzində tədris proqramlarının böyük hissəsi tamamlanır, illik qiymətləndirmələr keçirilir, monitorinqlər və buraxılış imtahanları baş tutur.
Nəticədə, iyun ayı artıq proqram xarakteri daşımayan, əsasən iştirak və formal dərs saatları ilə tamamlanan ay kimi görünür”.Ekspert bildirib ki, 1-14 iyun tarixlərində şagirdlərin davamiyyət faizi 45-50 fazi arasında dəyişir:“Bu, rəsmi olaraq “dərs günü” sayılsa da, praktiki baxımdan tədrisin təşkil olunmadığını və ya mənasızlaşdırıldığını təsdiqləyir.