Icma.az
close
up
RU
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? AÇIQLAMA

Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb. Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər. Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər. Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir.
Demokrat.az xəbər verir ki, “Globalinfo.az”a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib ki, dərs ilinin 14 iyuna qədər uzadılması məsələsi yenidən nəzərdən keçirilməlidir:
“Dərs ilinin son iki həftəsi, xüsusilə 1-14 iyun aralığı real tədris yükü ilə deyil, formallıqla xarakterizə olunur. Bu, nə şagirdin inkişafına töhfə verir, nə də təhsil prosesinin səmərəliliyini artırır. Əksinə, iqlim şəraiti, psixoloji yüklənmə və sosial dinamika fonunda bu müddət həm müəllim, həm də şagird üçün məhsuldarlığı sıfıra yaxınlaşdırır.
Məktəblərin əksəriyyətində dərslər faktiki olaraq 1 sentyabrda başlayır.
Belə olan halda, mayın sonuna qədər şagirdlər artıq 9 aylıq intensiv tədris prosesindən keçmiş olur. Bu müddət ərzində tədris proqramlarının böyük hissəsi tamamlanır, illik qiymətləndirmələr keçirilir, monitorinqlər və buraxılış imtahanları baş tutur. Nəticədə, iyun ayı artıq proqram xarakteri daşımayan, əsasən iştirak və formal dərs saatları ilə tamamlanan ay kimi görünür”.
Ekspert bildirib ki, 1-14 iyun tarixlərində şagirdlərin davamiyyət faizi 45-50 fazi arasında dəyişir:
“Bu, rəsmi olaraq “dərs günü” sayılsa da, praktiki baxımdan tədrisin təşkil olunmadığını və ya mənasızlaşdırıldığını təsdiqləyir. Hava şəraitinin isti və bəzən normadan artıq rütubətli olması xüsusilə sinif otaqları kondisionersiz olan məktəblərdə tədrisi demək olar ki, mümkünsüz edir.
Azərbaycanda dərs ilinin müddəti ilə bağlı dəyişiklik edilməlidir. Mövcud 9 aylıq (sentabr–iyun) model saxlanacaqsa, bu zaman dərs ili 1 sentyabr-31 may aralığında planlaşdırılmalıdır. İyun isə istedadların inkişafı üzrə yay məktəbləri; könüllü yay məşğələləri; əyləncəli STEAM, idman və psixoloji dəstək proqramları; müəllimlər üçün metodik və diaqnostik hazırlıq ayı kimi nəzərdə tutulmalıdır. Əks halda, hər il iyun ayında eyni ssenari təkrarlanacaq. Yəni kitablar yığılacaq, uşaqlar məktəbdə yox, lakin “jurnalda” görünəcək. Təhsil sadəcə statistika ilə idarə olunan bir prosesə çevriləcək”. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyun 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri