Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkəmizdə əvvəlcə elektrik mühərrikli, sonra isə hibrid avtomobillərin idxalı ilə bağlı ciddi güzəştlər tətbiq olunub.
Bunu Modern.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
O bildirib ki, bu istiqamətdə xeyli tədbirlər görülsə də, hələ çox işlər qalır: “Elektrik mühərrikli avtomobillərin idxalında heç bir gömrük ödənişi nəzərdə tutulmur.
Eyni zamanda, bu avtomobillərə əlavə dəyər və aksiz vergisi də tətbiq olumayıb”.
Ekspert qeyd edib ki, hibrid avtomobillərlə bağlı son 3 il ərzində mühərrikin daxili yanma hissəsi 2500 kubsantimetrdən çox olmayan modelləri üçün vergi və gömrük güzəştləri tətbiq edilib: “Bu səbəbdən də son illərdə belə avtomobillərin sayı ölkəmizdə artıb.
Bununla yanaşı, həmin avtomobilləri enerji ilə təmin edəcək doldurma infrastrukturunun da inkişaf etdirilməsi vacibdir.
Məhz buna görə də, bəzi addımlar atılıb”. Ə.Hüseynov əlavə edib ki, elektrikli nəqliyyat vasitələrinin sürətli enerji doldurma stansiyaların