Icma.az
close
up
RU
Azərbaycanda elektrikli avtomobillərlə bağlı problemlər var

Azərbaycanda elektrikli avtomobillərlə bağlı problemlər var

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizdə əvvəlcə elektrik mühərrikli, sonra isə hibrid avtomobillərin idxalı ilə bağlı ciddi güzəştlər tətbiq olunub. 

Bunu Modern.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, bu istiqamətdə xeyli tədbirlər görülsə də, hələ çox işlər qalır:

“Elektrik mühərrikli avtomobillərin idxalında heç bir gömrük ödənişi nəzərdə tutulmur. Eyni zamanda, bu avtomobillərə əlavə dəyər və aksiz vergisi də tətbiq olumayıb”.

Ekspert qeyd edib ki, hibrid avtomobillərlə bağlı son 3 il ərzində mühərrikin daxili yanma hissəsi 2500 kubsantimetrdən çox olmayan modelləri üçün vergi və gömrük güzəştləri tətbiq edilib:

“Bu səbəbdən də son illərdə belə avtomobillərin sayı ölkəmizdə artıb. Bununla yanaşı, həmin avtomobilləri enerji ilə təmin edəcək doldurma infrastrukturunun da inkişaf etdirilməsi vacibdir. Məhz buna görə də, bəzi addımlar atılıb”.

Ə.Hüseynov əlavə edib ki, elektrikli nəqliyyat vasitələrinin sürətli enerji doldurma stansiyalarının da vergilərdən azad olunması ilə bağlı ötən illərdə Vergi Məcəlləsində mühüm dəyişikliklər edilib: 

“Bu dəyişikliklər həmin avadanlıqların ölkəyə daha asan və sərfəli şəkildə gətirilməsinə imkan yaratdı. Hətta ötən il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərenerji”, “Azərişıq”, eləcə də energetika sahəsində idarəetməni həyata keçirən digər qurumlar, o cümlədən yerli icra hakimiyyətlərinə tapşırıq verildi ki, ölkə üzrə enerji doldurma məntəqələrinin şəbəkəsi yaradılsın. Həmçinin, bunun üçün ərazilər ayrılaraq, enerji təchizatı təmin edilsin”.

Nəqliyyat eksperti vurğulayıb ki, “Azərişıq” və “Azərenerji” artıq bir sıra belə məntəqələr yaradıb. Bununla belə, bu sahəyə özəl sektorun da cəlb edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, artıq bəzi şirkətlər belə avadanlıqları ölkəyə gətirib və yerləşdirməyə başlayıblar:

“Lakin etiraf etmək lazımdır ki, hazırda rayonlarda elektrik enerjisi ilə doldurma məntəqələrinin sayı yetərli deyil. Elə rayonlarımız var ki, orada bu sahədə heç bir infrastruktur yoxdur. Bunun sadə bir səbəbi var - həmin ərazilərdə tələbat az olduğundan özəl sektor hələlik bu sahəyə böyük investisiya qoymaq istəmir. Amma mən düşünürəm ki, zamanla tələbat artdıqca, həmin rayonlarda da enerji doldurma məntəqələrinin sayı artacaq. Bu istiqamətdə maarifləndirici və təşviqedici tədbirlər aparılmalıdır ki, əhali və sahibkarlar bunun perspektivli sahə olduğunu anlasınlar”.

Ekspertin fikrincə, statistikaya baxdıqda müşahidə etmək mümkündür ki, ölkədə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı getdikcə artacaq:

“Doğrudur, 2023, 2024 və 2025-ci illərdə elektrik avtomobillərinin idxalında müəyyən azalma müşahidə olunur. Lakin hibrid, xüsusən də plaqin (plug-in) hibrid avtomobillərin idxalında artım var. Plaqin hibrid avtomobillər də elektriklə doldurulan mühərrikə malikdir və bu baxımdan sırf elektrikli avtomobillərlə oxşardır”.

Ə.Hüseynovun fikrincə, bu tip avtomobillərin idxalı artdığından, “Azərişıq” və digər müvafiq qurumlar da nəzərə alaraq bu şəbəkəni ölkə üzrə genişləndirməlidirlər: 

“Bu sahənin inkişaf perspektivi var və düşünürəm ki, atılan addımlar davam etdirilməlidir. Nə qədər tez addımlar atılsa, bir o qədər yaxşı olar. Çünki avtomobil parkının yenilənməsi, yanacaq istehlakının azalması və nəqliyyatın ətraf mühitə təsirinin minimuma endirilməsində bu məsələnin mühüm rolu var”,-deyə Ə.Hüseynov bildirib.
 

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyul 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri