Icma.az, Tribuna portalına istinadən məlumat yayır. - + Son vaxtlar ölkəmizdə bir sıra yeni cərimələrin tətbiqi, o cümlədən, bəzi cərimələri
Məsələn, yaxın günlərdə qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırıldı, ödənişli avtomagistrallardan istifadə qaydalarının p
Təbii ki, yeni cərimələrin aid olduqları sahələrlə yanaşı, miqdarları da müxtəlifdir.
Məsələn, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni – 221.1-1 və 221.3-1-ci maddələrinə əsasən tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə 9000 manatadək cərimə müəyyənləşəcək.
9000 manat əlbəttə ki, yüksək məbləğdir, ancaq ölkəmizdə bu məbləğdən daha yüksək cərimə miqdarları da var.
Bizim.Media-ya açıqlama verən hüquqşünas Aytac Qurbanova bildirib ki, cərimələr hüququn yalnız sanksiya aləti deyil, eyni zamanda, ictimai nizamı qorumaq üçün güclü bir vasitədir.
Cərimələr qanun pozuntularının qarşısını almaq, ictimai intizamı qorumaq və hüquqi tərbiyəvi təsir göstərmək məqsədi daşıyır.
“Azərbaycanda inzibati xətalara görə cərimələrin məbləği İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən tənzimlənir.