Icma.az
close
up
RU
Azərbaycanda ən yüksək cərimə neçə manatdır?

Azərbaycanda ən yüksək cərimə neçə manatdır?

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

- +

Son vaxtlar ölkəmizdə bir sıra yeni cərimələrin tətbiqi, o cümlədən, bəzi cərimələrin artırılması müzakirə edilir. Məsələn, yaxın günlərdə  qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırıldı, ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən olundu.

Təbii ki, yeni cərimələrin  aid olduqları sahələrlə yanaşı, miqdarları da müxtəlifdir.

Məsələn, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni – 221.1-1 və 221.3-1-ci maddələrinə əsasən tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə 9000 manatadək cərimə müəyyənləşəcək.

9000 manat əlbəttə ki, yüksək məbləğdir, ancaq ölkəmizdə bu məbləğdən daha yüksək cərimə miqdarları da var.

Bizim.Media-ya açıqlama verən hüquqşünas Aytac Qurbanova bildirib ki, cərimələr hüququn yalnız sanksiya aləti deyil, eyni zamanda, ictimai nizamı qorumaq üçün güclü bir vasitədir.

Cərimələr qanun pozuntularının qarşısını almaq, ictimai intizamı qorumaq və hüquqi tərbiyəvi təsir göstərmək məqsədi daşıyır.

“Azərbaycanda inzibati xətalara görə cərimələrin məbləği İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən tənzimlənir. Bu maddəyə görə fiziki şəxslər üçün maksimum cərimə məbləği 5000 manat vəzifəli şəxslər üçün 10 000 manat hüquqi şəxslər üçün 50 000 manatdır”.

Hüquqşünas ölkəmizdəki ən yüksək cərimə miqdarlarından bəhs edib:

“Məsələn, Xəzər dənizinin sahilboyu zolağında torpaq istifadəsi ilə bağlı qanun pozuntularına görə fiziki şəxslər üçün 4 000 manat, vəzifəli şəxslər üçün 8000 manat hüquqi şəxslər üçün isə 40 000 manat məbləğində cərimə tətbiq edilir.

Ətraflı

Bu cərimələr qanun pozuntularının qarşısını almaq üçün sərt sanksiyalar kimi nəzərdə tutulub və onların tətbiqi zamanı hüquqi əsaslandırmaların güclü olması tələb olunur”.

Aytac Qurbanova ölkəmizdə müəyyən olunan cərimələri  beynəlxalq təcrübə ilə müqayisə edib.

“İsveçrədə radar cərimələri sürücünün illik gəlirinə uyğun olaraq tənzimlənir.

Bu yanaşma hər kəs üçün eyni dərəcədə təsirli bir sistem yaradır. Məsələn, yüksək gəlirli şəxslər üçün bu cərimələr yüz minlərlə avroya çata bilər.

Azərbaycanda mobil telefon istifadə edən sürücülərə tətbiq olunan cərimələr orta aylıq əmək haqqının təxminən 5%-nə bərabərdir. Bu rəqəm bəzi Avropa ölkələrinə nisbətən daha yüksəkdir.

Məsələn, İspaniyada bu nisbət 8.5%, Gürcüstanda isə cəmi 0.4%-dir.

Bu müqayisələrdən göründüyü kimi, Azərbaycanın cərimə sistemində sabit məbləğlərin tətbiqi cəmiyyətin müxtəlif təbəqələri üçün fərqli təsirlər yaradır, lakin bu yanaşma intizamı qorumaq üçün effektiv vasitə kimi çıxış edir”.

Müsahibimiz bildirib ki, cərimələrin əsas funksiyası hüquqi intizamı təmin etmək və qanun pozuntularının qarşısını almaqdır.

“Azərbaycanda tətbiq olunan cərimələrin məbləğinin müəyyənləşdirilməsi zamanı onların hüquqi və ictimai təsirlərini nəzərə almaq, hüquq sisteminin effektivliyini daha da artırmağa xidmət edir. Bu yanaşma hüquqi maarifləndirməni gücləndirərək, qanun pozuntularının azalmasına şərait yaradar, cəmiyyətin müxtəlif təbəqələri arasında hüquqi ədalətin qorunmasına dəstək verər, ictimai nizamın və qanunlara inamın daha da möhkəmlənməsinə səbəb olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri