Azərbaycanda ət bazarında böhran: Payızda kəskin bahalaşma GÖZLƏNİLİR | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildən bəri iribuynuzlu mal-qaranın sayı təxminən 181 min baş, qoyun-keçilərin sayı isə 1,3 milyona yaxın azalıb.
Hazırkı vəziyyət bu sahədə problemlərin artdığını göstərir və qiymətlərin yaxın aylarda daha da bahalaşıb-bahalaşmayacağı ilə bağlı suallar doğurur.
Bəs payız və qış aylarında ətin qiymətlərində bahalaşma gözlənilirmi?
Moderator.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hazırkı vəziyyət gözlənilən idi və bu tendensiya birdən-birə yaranmayıb.
Onun sözlərinə görə, illər öncə başlayan bu proses tədricən daha da dərinləşib: “Əgər ölkədə iribuynuzlu heyvanların azalması davam etsə, mal-qaranın sayı sıfıra enə bilər.
Bunun əsas səbəblərindən biri texniki bitkilərin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar nəticəsində örüş sahələrinin azalmasıdır.
Tam oxu
Xəbəri oxu