Icma.az
close
up
RU
Azərbaycanda ət bazarında böhran: Payızda kəskin bahalaşma GÖZLƏNİLİR

Azərbaycanda ət bazarında böhran: Payızda kəskin bahalaşma GÖZLƏNİLİR

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildən bəri iribuynuzlu mal-qaranın sayı təxminən 181 min baş, qoyun-keçilərin sayı isə 1,3 milyona yaxın azalıb. Hazırkı vəziyyət bu sahədə problemlərin artdığını göstərir və  qiymətlərin yaxın aylarda daha da bahalaşıb-bahalaşmayacağı ilə bağlı suallar doğurur. Bəs payız və qış aylarında ətin qiymətlərində bahalaşma gözlənilirmi?

Moderator.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hazırkı vəziyyət gözlənilən idi və bu tendensiya birdən-birə yaranmayıb. Onun sözlərinə görə, illər öncə başlayan bu proses tədricən daha da dərinləşib:

“Əgər ölkədə iribuynuzlu heyvanların azalması davam etsə,  mal-qaranın sayı sıfıra enə bilər. Bunun əsas səbəblərindən biri texniki bitkilərin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar nəticəsində örüş sahələrinin azalmasıdır. Digər mühüm amil isə ölkəyə ucuz ət və ət məhsullarının idxalıdır. Statistikaya nəzər saldıqda ölkəyə heyvandarlıq məhsullarının, xüsusən də ətin idxalının  artdığı aydın görünür. Bu tendensiya ildən-ilə daha yüksək səviyyəyə çatır. Məlumata görə, ötən il Azərbaycanda 386 min 323 ton ət istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur. İl ərzində ölkəyə ət idxalı 17,5 % artaraq 78 min 453 tona çatıb. İlin əvvəlinə qalıq isə 14 % artaraq 12 min 241 ton olub.  Bu amillər birlikdə heyvandarlıq sahəsini ciddi böhran vəziyyətinə gətirib çıxarıb”.

İqtisadçı deyib ki, heyvandarlıq məhsullarının qiymətlərində bahalaşma isə illər öncədən başlayıb və getdikcə sürətlənib:

 “Mən dəfələrlə müsahibələrimdə qeyd etmişəm ki, bu böhranın qarşısı yalnız hökumət səviyyəsində atılacaq təcili tədbirlər vasitəsilə alına bilər. Heyvandarlıq sektorunun dirçəldilməsi və mal-qaranın sayının bərpası istiqamətində dərhal addımlar atılmalıdır. Əks halda bu sahədə vəziyyət daha da pisləşəcək”.

İqtisadçı  qeyd edib ki, artıq kəndlərdə fərdi və ev təsərrüfatlarında nə xırda, nə də iribuynuzlu heyvanların saxlanılması səmərəli deyil. Çünki yem baha, örüş yerləri isə kifayət qədər yoxdur. Buna görə də kəndliləri qınamaq olmaz ki, onlar həyətlərində saxladıqları heyvanları ucuz qiymətə satır və bu sahədən imtina edirlər:

“Mən hesab edirəm ki, bu məsələ Kənd Təsərrüfatı Nazirliyi və ümumilikdə hökumət tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Təcili tədbirlər görülməzsə, ətin qiymətləri payız-qış aylarında daha da bahalaşacaq və vəziyyət kritik həddə çatacaq”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri