Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyada cərəyan edən hadisələr informasiya üzərində qurulub və müasir həyatı onsuz təsəvvür etmək çətindir.
İnformasiyanın düzgün idarə edilməsi, məlumatın vaxtında çatdırılması ictima-siyasi həyata da ciddi təsir edir.
Eyni zamanda informasiyanın dəqiqliyi, operativliyi də, hadisələrin inkişafında önəmli rol oynayır.
Bu mənada azad mətbuat ictimai-siyasi həyatda ciddi faktora çevrilir.
İnternet resursları, o cümlədən sosial şəbəkələr, elektron informasiya vasitələri cəmiyyətin maariflənməsi istiqamətində yeni istiqamət müəyyən edib.
Söz və fikir azadlığı, informasiyanın maneəsiz yayılması ölkəmizdə demokratik inkişafın yüksələn xətlə inkişaf etməsinə işarədir.
Deməli, yeni imkanlar informasiyanın dərhal yayılması üçün əla vasitədir.