Icma.az
close
up
RU
Azərbaycanda fikir və söz azadlığı belə qorunur ŞƏRH KONKRET

Azərbaycanda fikir və söz azadlığı belə qorunur ŞƏRH KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyada cərəyan edən hadisələr informasiya üzərində qurulub və müasir həyatı onsuz təsəvvür etmək çətindir. İnformasiyanın düzgün idarə edilməsi, məlumatın vaxtında çatdırılması ictima-siyasi həyata da ciddi təsir edir. Eyni zamanda informasiyanın dəqiqliyi, operativliyi də, hadisələrin inkişafında önəmli rol oynayır. Bu mənada azad mətbuat ictimai-siyasi həyatda ciddi faktora çevrilir. İnternet resursları, o cümlədən sosial şəbəkələr, elektron informasiya vasitələri cəmiyyətin maariflənməsi istiqamətində yeni istiqamət müəyyən edib. Söz və fikir azadlığı, informasiyanın maneəsiz yayılması ölkəmizdə demokratik inkişafın yüksələn xətlə inkişaf etməsinə işarədir. Deməli, yeni imkanlar informasiyanın dərhal yayılması üçün əla vasitədir.

KONKRET.az xəbər verir ki, Azərbaycanda fikir və söz azadlığına heç bir məhdudiyyətin olmaması, sosial şəbəkələr üzərindən qurulan informasiya mübadiləsinə verilən sərbəstlik ölkəmizdə fikir və söz azadlığının təbliği üçün geniş imkanlar açır. İnternetin geniş imkanlarından faydalanan yüz minlələrlə insan müxtəlif sosial platformaların iştirakçısı olmaqla bərabər sosial medianın da bir hissəsinə çevrilib. Məsələ burasındadır ki, yüz minlərlə insanı əhatə edən internet resurslarında paylaşılan məlumatlar, yayılan informasiyalar əksər hallarda həqiqəti əks etdirməsə də, insanlar öz fikirlərini ifadə etməkdə azaddırlar. Demokratik cəmiyətlərə xas olan fikir azadlığına Azərbaycanda geniş meydan verilməsi ölkəmizin dünyəvi dəyərlərə hörmət etməsiylə bağlıdır. Azərbaycan demokratik ölkədir və insanların da öz fikirlərini azad ifadə etmək imkanları qorunur. Ayrı-ayrı xəbər portallarında, sosial mediada Azərbaycan vətəndaşlarının öz fikirlərini sərbəst ifadə etməsi də buna sübutdur.

1998-ci il iyunun 18-də senzuranın ləğvi yeni mərhələnin əsasını qoyub. Məhz 27 il əvvəl Heydər Əliyevin sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair “Dövlət Proqramı”, həmin il avqustun 6-da isə “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman söz, mətbuat və fikir azadlıqlarının təminatında önəmli rol oynayıb. Dövlətin mətbuat üzərində nəzarətinə son qoymaq üçün 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Beləliklə, mətbuatın daha da səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bununla da azad söz, sərbəst fikir, plüralizim yeni inkişaf yoluna qədəm qoyub. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanının fəaliyyəti 27 il əvvəl təməli qoyulan sağlam bazanın üzərində möhkəmlənib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. 1995-ci ildə ilk dəfə proporsional üsulla demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.

Azərbaycanda fikir və söz azadlığının verdiyi imkanlardan istifadə edib cəmiyyəti qıcıqlandıran, milli dəyərlərimizə zidd olan, insanlar arasında narazılıq yaradan video materalların çəkilib tirajlanması cəmiyyətin haqlı narazılığına səbəb olur. Söz və fikir azadlığı adı altında baş verən bu cür hallar cəmiyyətdə birmənalı qarşılanmır. Deməli, demokratiyanın yaratığı imkanlardan öz şəxsi mənafeyi üçün istifadə qaydalarının və cəmiyyətdə yanlış fikir formalaşdırmaq cəhdlərinin söz və fikir azadlığına, plüralizmə aidiyyatı yoxdur. Bəzən internet resurslarından xarici ölkələrin kəşfiyyat orqanlarına “işləyən” bəzi “milli satqınlar” tribuna kimi istifadə edir və öz çirkin niyyətlərini həyata keçirməyə səy göstərirlər. Fikir və söz azadlığının imkanlarından istifadə edən bu cür yaramazlar öz mənafelərini dövlətin mənafeyindən üstün tutaraq Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Dövlətə xəyanət edən satqınların həbsini isə əksər vaxtlarda beynəlxalq təşkilatlar Azərbaycanda söz və fikir azadlıqlarının pozulması kimi təqdim edir. Deməli, bu cür satqınların xaricdəki tərəfdarları onları məhz “demokratiya silahı” ilə müdafiə etməyi düşünür. Ona görə də söz və məlumat azadlığının geniş imkanlarından qanunların imkan verdiyi dərəcədə istifadə edilməlidir. Əks halda cəmiyyətin deqradasiyası başlayır.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu,fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi mövzusuna uyğun olaraq dərc edilir”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri