Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir neçə gün əvvəl gənclərin hərbi xidmətə yola salınması görüntüləri sosial şəbəkələrdə maraqla qarşılandı.
Kadrlarda xidmətə yollananların çoxu yaşlarından daha kiçik görünür, bəziləri valideynlərindən ayrılmaqda çətinlik çəkirdilər.
Bu məsələ əsgərlik yaşı ilə bağlı mövzunu təkrar gündəmə gətirdi.
Sosial şəbəkələrdə hazırkı gəncliyin fiziki inkişafının əvvəlki kimi olmadığı, daha zəif olduqları vurğulanır, xidmət yaşının 20-21-ə qaldırılması fikri irəli sürülür.
Bu, mümkündürmü? Əsgərlik yaşı hansı amillərə əsasən müəyyən edilir? Dünyada bu təcrübə necədir?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırış mövcud qanunvericilik və normativ sənədlər əsasında həyata keçirilir.
“Çağırışçıların valideynlərindən ayrılmaqda çətinlik çəkməsi, əsasən sosial şəbəkələrdə diqqət çəkmək üçün çəkilmiş görüntülər ola bilər.