Icma.az
close
up
RU
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? Mühüm açıqlama

Azərbaycanda hərbi çağırış yaşı dəyişir? Mühüm açıqlama

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl gənclərin hərbi xidmətə yola salınması görüntüləri sosial şəbəkələrdə maraqla qarşılandı. Kadrlarda xidmətə yollananların çoxu yaşlarından daha kiçik görünür, bəziləri valideynlərindən ayrılmaqda çətinlik çəkirdilər. Bu məsələ əsgərlik yaşı ilə bağlı mövzunu təkrar gündəmə gətirdi. Sosial şəbəkələrdə hazırkı gəncliyin fiziki inkişafının əvvəlki kimi olmadığı, daha zəif olduqları vurğulanır, xidmət yaşının 20-21-ə qaldırılması fikri irəli sürülür.

Bu, mümkündürmü? Əsgərlik yaşı hansı amillərə əsasən müəyyən edilir? Dünyada bu təcrübə necədir?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırış mövcud qanunvericilik və normativ sənədlər əsasında həyata keçirilir.

“Çağırışçıların valideynlərindən ayrılmaqda çətinlik çəkməsi, əsasən sosial şəbəkələrdə diqqət çəkmək üçün çəkilmiş görüntülər ola bilər. Digər tərəfdən, hər bir ailə övladını fərdi şəkildə yetişdirir və oğlan övladlarının hərbi xidmətə hazırlanması məktəblə bərabər, valideynlərin də vəzifəsidir. Çağırış yaşının 21-ə qaldırılması hazırda aktual məsələ deyil. Bu mövzu nə güc strukturları, nə də hərbi xidmətə çağırışa cavabdeh qurumlar tərəfindən müzakirə olunur. Vətəndaşlar ali məktəbin əyani şöbəsinə daxil olmadıqda 18 yaşında hərbi xidmətə yollanırlar. Çoxu isə 17 yaşında 11 illik təhsili başa vurub, bir il hərbi xidmətə hazırlanır və sonra xidmətə başlayır. Bu, çox optimal variantdır”.

Ədalət Verdiyev

Ekspert qeyd edib ki, çağırış yaşının seçilməsi təsadüfi deyil, burada bir çox amillər nəzərə alınır:

“Məsələn, orta məktəbi bitirən çağırışçının 21 yaşına qədər, yəni dörd il ərzində nə ilə məşğul olacağı sualı ortaya çıxır. Amma ali məktəbə daxil olmayan şəxslər 18 yaşında xidmətə başlayır, 1 il 6 ay sonra qayıdır. Peşəyə, ixtisasa yiyələnmək üçün kifayət qədər vaxtı olur. Bəziləri isə bu vərdişləri hərbi xidmətdə qazanır. Beynəlxalq təcrübə də göstərir ki, bir çox ölkələr Ukrayna müharibəsindən əvvəl çağırışdan imtina etsələr də, indi yenidən bunu bərpa edirlər. Bu da göstərir ki, Azərbaycan çox doğru və optimal çağırış yaşını müəyyən edib. Bunu dəyişməyə ehtiyac yoxdur.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri