Azərbaycanda intiharlar niyə gəncləşib? Psixoloq səbəbləri açıqladı | Icma.az
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Azərbaycanda hər il 70-100, bəzən daha çox intihar faktı qeydə alınır.
Əvvəllər bu faciəvi hallar əsasən orta və yaşlı nəslin nümayəndələri arasında müşahidə olunsa da, son illərdə gənclər, xüsusilə də tələbələr və yeniyetmələr arasında intihara meyillilik artmaqdadır.
Bu da ciddi narahatlıq doğurur. Bəs gənclər arasında intihar hallarının artmasının əsas səbəbləri nələrdir?
Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, intihar əsasən insanın özünü dəyərsiz və çarəsiz hiss etdiyi anlarda baş verir.
“İnsan bu hisslərlə başa çıxa bilməyəndə, düşüncə xətalarına qapıldıqda və problemlərini həll etmə bacarığı olmadıqda, intihar düşüncələri meydana çıxır", - deyən Ü.Məhərrəmova təəssüf edir ki, bu düşüncələr ətraf mühit tərəfindən tez-tez fərq edilmir.
Onun sözlərinə görə, intihar edən şəxslər çox zaman davranış və danışıq vasitəsilə ətrafına siqnallar versə də, insanların öz problemlərinə fokuslanmış həyat tərzi bu əlamətləri görməyə imkan vermir.
Ü.Məhərrəmovanın fikrincə, tələbələr ən çox dəyərsizlik hissi, uğursuzluq qorxusu, akademik təzyiq və ailə gözləntiləri ilə mübarizə aparırlar: “İmtahanlardan sonra, xüsusilə yeniyetmələr arasında intihar hallarının artması valideyn-övlad münasibətlərindəki problemlərlə birbaşa əlaqəlidir.
Valideynlər övladlarının psixoloji vəziyyətini anlamır, onları lazımsız yerə yükləyir və fərdi xüsusiyyətlərini nəzərə almırlar”.
Tam oxu
Xəbəri oxu