Icma.az
close
up
RU
Azərbaycanda intiharlar niyə gəncləşib? Psixoloq səbəbləri açıqladı

Azərbaycanda intiharlar niyə gəncləşib? Psixoloq səbəbləri açıqladı

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycanda hər il 70-100, bəzən daha çox intihar faktı qeydə alınır. Əvvəllər bu faciəvi hallar əsasən orta və yaşlı nəslin nümayəndələri arasında müşahidə olunsa da, son illərdə gənclər, xüsusilə də tələbələr və yeniyetmələr arasında intihara meyillilik artmaqdadır.


Bu da ciddi narahatlıq doğurur. 


Bəs gənclər arasında intihar hallarının artmasının əsas səbəbləri nələrdir? 


Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, intihar əsasən insanın özünü dəyərsiz və çarəsiz hiss etdiyi anlarda baş verir.


“İnsan bu hisslərlə başa çıxa bilməyəndə, düşüncə xətalarına qapıldıqda və problemlərini həll etmə bacarığı olmadıqda, intihar düşüncələri meydana çıxır", - deyən Ü.Məhərrəmova təəssüf edir ki, bu düşüncələr ətraf mühit tərəfindən tez-tez fərq edilmir.


Onun sözlərinə görə, intihar edən şəxslər çox zaman davranış və danışıq vasitəsilə ətrafına siqnallar versə də, insanların öz problemlərinə fokuslanmış həyat tərzi bu əlamətləri görməyə imkan vermir.


Ü.Məhərrəmovanın fikrincə, tələbələr ən çox dəyərsizlik hissi, uğursuzluq qorxusu, akademik təzyiq və ailə gözləntiləri ilə mübarizə aparırlar:


“İmtahanlardan sonra, xüsusilə yeniyetmələr arasında intihar hallarının artması valideyn-övlad münasibətlərindəki problemlərlə birbaşa əlaqəlidir. Valideynlər övladlarının psixoloji vəziyyətini anlamır, onları lazımsız yerə yükləyir və fərdi xüsusiyyətlərini nəzərə almırlar”.


Bəs ailə üzvləri və müəllimlər nə etməlidir?


Psixoloq vurğulayıb ki, ailə üzvləri və müəllimlər gənclərin davranışlarında baş verən dəyişiklikləri diqqətlə izləməlidirlər:

"Sosiallaşmadan uzaqlaşma, kədərli və ümidsiz görünmək, ani davranış dəyişiklikləri və ya intihar haqqında dolaylı danışmaq ciddi siqnallardır.
Əgər gəncin emosional vəziyyətində pozuntu hiss olunursa, onunla açıq və anlayışlı şəkildə söhbət aparmaq, onu dinləmək və dəstək olmaq vacibdir. Əgər vəziyyət kritikdirsə, mütləq psixoloq və ya psixoterapevt dəstəyi alınmalıdır. İntihar hallarının qarşısını almaq üçün həm fərdi, həm də ictimai səviyyədə tədbirlər görülməlidir". 


Psixoloq Ü.Məhərrəmova qeyd edilənlərlə yanaşı bu addımları da vacib sayır:

"Gənclərin psixoloji sağlamlığının qorunması üçün maarifləndirmə tədbirləri keçirilməlidir. Məktəblərdə və universitetlərdə psixoloji dəstək xidmətləri gücləndirilməlidir. Valideynlər övladlarının emosional vəziyyətinə qarşı daha həssas olmalıdır. İnsanlar fiziki aktivliyə təşviq olunmalı, musiqi, açıq hava fəaliyyəti və digər pozitiv məşğuliyyətlərlə intihar düşüncələrindən uzaqlaşdırılmalıdırlar". 

Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri