Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim
Globalinfo.az xəbər verir ki, iqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziy
Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
İclasın açılış mərasimində COP29 sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqo, Efiopiyanin planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.
Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətini vurğulayıb.
O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.Həmçinin oxuyun:Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO COP30-un müəyyən edilmiş sədri A.K.
Laqo Afrikanın çağırışlarını diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29 Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət yetirilməsi ənənəsinin COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib.
Efiopiyanin planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib.