Icma.az
close
up
RU
Azərbaycanda iqlim çağırışları ilə bağlı vacib iclas keçirildi

Azərbaycanda iqlim çağırışları ilə bağlı vacib iclas keçirildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” adlı yüksək səviyyəli nazirlər iclası baş tutub.

Globalinfo.az xəbər verir ki, iqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.

İclasın açılış mərasimində COP29 sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqo, Efiopiyanin planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.

Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətini vurğulayıb. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO

COP30-un müəyyən edilmiş sədri A.K. Laqo Afrikanın çağırışlarını diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29 Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət yetirilməsi ənənəsinin COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib.

Efiopiyanin planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib.

Afrika İttifaqının nümayəndəsi səfir A. Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun Tanzaniyadan olan sədri R. Muyunqinin açılış çıxışlarından sonra tədbir iki plenar iclasla davam edib. Afrika ölkələrinin müvafiq nazirləri və yüksək səviyyəli nümayəndələri qitənin iqlim dəyişmələri kontekstində xüsusi vəziyyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında öz əksini tapdığını və iqlim danışıqlarında bu məsələnin nəzərə alınmalı olduğunu vurğulayıblar. Onlar beynəlxalq diqqətin Afrikanın xüsusi vəziyyətinə yönəlməsinə əhəmiyyətli töhfə verən bu tədbirin təşkilinə, habelə yaradılmış imkana görə Azərbaycan COP29 Sədrliyini alqışlayıblar.

Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi apararaq, beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı Afrikanın öncülük edəcəyi həll yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.

Yüksək-səviyyəli nazirlər iclasına COP29 Sədri Muxtar Babayev və COP30-un müəyyən edilmiş Sədri Prezidenti M.Babayev və Andre Korrea do Laqonun bağlanış nitqi ilə yekun vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri