Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nə qədər təbliğat aparılsa da, ölkəmizdə insanlar kiber təhlükədən, kiber cinayətdən, sığortalana bilmir.
İnsanlar onlara saxta sms-lər göndərilməklə aldanılır, mobil telefonlarında şəxsi məlumatlar qanunsuz ələ keçirilir.
Son zamanlar Azərbaycanda kiber cinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur.
Kredit kartlarından oğurluq, çirkli pulların yuyulması, bank-maliyyə fırıldaqlarının törədilməsi kimi hallar hazırda ən çox təsadüf olunan kiber cinayət əməlləridir.
Paytaxtda, rayonlarda, həmçinin internetə çıxışı zəif olan kəndlərdə bu problemlə bağlı hansı təbliğatlar aparılmalıdır?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, aldanan vətəndaşlarla bağlı polis orqanlarına müraciətlər daxil olur: “İnternet resursları və sosial şəbəkələrdə vətəndaşların aldatma yolu ilə şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polis orqanlarına müraciətlər daxil olur.
Daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılaraq belə əməlləri törədən şəxslərin yeri, hücum olan istiqamətlər müəyyən olunur.