Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Azərbaycanda kibercinayətkarlıq artır: Vətəndaşlar necə qorunmalıdır? RƏYLƏR

Azərbaycanda kibercinayətkarlıq artır: Vətəndaşlar necə qorunmalıdır? RƏYLƏR

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nə qədər təbliğat aparılsa da, ölkəmizdə insanlar kiber təhlükədən, kiber cinayətdən, sığortalana bilmir. İnsanlar onlara saxta sms-lər göndərilməklə aldanılır, mobil telefonlarında şəxsi məlumatlar qanunsuz ələ keçirilir.

Son zamanlar Azərbaycanda kiber cinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur. Kredit kartlarından oğurluq, çirkli pulların yuyulması, bank-maliyyə fırıldaqlarının törədilməsi kimi hallar hazırda ən çox təsadüf olunan kiber cinayət əməlləridir.

Paytaxtda, rayonlarda, həmçinin internetə çıxışı zəif olan kəndlərdə bu problemlə bağlı hansı təbliğatlar aparılmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, aldanan vətəndaşlarla bağlı polis orqanlarına müraciətlər daxil olur:

İnternet resursları və sosial şəbəkələrdə vətəndaşların aldatma yolu ilə şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polis orqanlarına müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılaraq belə əməlləri törədən şəxslərin yeri, hücum olan istiqamətlər müəyyən olunur.

DİN tərəfindən kiberdələduzluqla mübarizə sahəsində maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir.
“Respublikanın şəhər və rayonlarında ərazi polis orqanları tərəfindən kibertalamalara qarşı mübarizə üsulları ilə bağlı mütəmadi görüşlər təşkil olunur. Həmçinin əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında bu mövzuda məlumatverici lövhələr asılır, vətəndaşlarla profilaktik söhbətlər aparılır, üzləşə biləcəkləri kibertəhlükələrlə bağlı zəruri məlumatlar verilir”.

DİN əməkdaşı vurğulayıb ki, vətəndaşlar bilmədən kiberdələduzların qurbanına çevrilirlər:

“Araşdırmalar zamanı müəyyən edilib ki, vətəndaşlar naməlum xarici nömrələrdən gələn zəng və ya mesajlara inanaraq dəqiqləşdirmə aparmadan bank kartı hesabları ilə bağlı tanımadıqları şəxslərin istədikləri əməliyyatları yerinə yetirirlər. Yalnız sonradan məlum olur ki, onlar kiberdələduzların qurbanına çevriliblər. Məxfi məlumatlar gizli qalmalıdır və bank kartlarının üzərindəki kodlar heç kimlə bölüşdürülməməlidir.

Vətəndaşlara xatırladırıq ki, bank kartlarının üzərindəki CVV/CVC kodları, SMS-lə göndərilən OTP şifrələri məxfi məlumatlardır və üçüncü şəxslərlə bölüşdürülməməlidir. Bu məlumatların paylaşılması bank hesablarından pul vəsaitinin oğurlanmasına, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər.
Bir daha vətəndaşlara müraciət edərək diqqətli olmağa, naməlum nömrələrdən gələn zəng və mesajlara inanmamağa, şübhəli linklərə daxil olmamağa və bank kartı məlumatlarını heç bir halda paylaşmamağa çağırırıq”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə heyətinin sədri, İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, kibercinayətlərin artması qlobal miqyasda ciddi təhlükə mənbəyidir:

“Kibercinayətlərin artması son illərdə qlobal miqyasda ciddi təhlükə mənbəyi kimi önə çıxır və təəssüf ki, bu tendensiya Azərbaycandan da yan keçmir.

Rəqəmsal texnologiyaların sürətlə yayılması və həyatımızın demək olar ki, bütün sahələrinə inteqrasiya olunması kibercinayətkarlar üçün yeni imkanlar yaradıb. Bu cinayətlərin artması nəticəsində həm fərdi istifadəçilər, həm də biznes və dövlət qurumları müxtəlif növ risklərlə -şəxsi məlumatların oğurlanması, maliyyə dələduzluğu, sistemlərin sıradan çıxarılması və digər təhdidlərlə üz-üzə qalır. Bank kartı məlumatlarının ələ keçirilməsi, şəxsi hesabların sındırılması, onlayn fırıldaqçılıq hallarının artması getdikcə aktuallaşır.

Azərbaycanda da bu problem getdikcə aktuallaşır. Xüsusilə son illərdə sosial mühəndislik texnikalarından istifadə edən fişinq hücumları, bank kartı məlumatlarının ələ keçirilməsi (skimming), şəxsi hesabların sındırılması və onlayn fırıldaqçılıq hallarının artması müşahidə olunur. Bu kontekstdə kibertəhlükəsizlik məsələsi təkcə texniki yox, eyni zamanda sosial və hüquqi məsələ kimi də qiymətləndirilməlidir.

Paytaxt ilə digər rayon və kəndlər arasında müşahidə olunan rəqəmsal bərabərsizlik kibercinayətkarlığın qarşısının alınması prosesinə birbaşa təsir edir.

Əhalinin rəqəmsal təhlükələrə qarşı dayanıqlığı bilavasitə onların texnoloji savadlılıq səviyyəsi, rəqəmsal mühitə çıxış imkanları və maarifləndirilmə dərəcəsi ilə bağlıdır. Bu baxımdan, Bakı ilə digər rayon və kəndlər arasında müşahidə olunan rəqəmsal bərabərsizlik kibercinayətkarlığın qarşısının alınması prosesinə birbaşa təsir edir”.

Ekspertin fikrincə paytaxtda internet infrastrukturu və İT kadr potensialı daha yüksək olsa da, regionlarda texniki resursların məhdudluğu, kiberhücumlara qarşı tədbirlərin zəif təşkili və maarifləndirici tədbirlərin azlığı ciddi risklər yaradı:

“Bu çətinliklər fonunda maarifləndirmə və ictimai məlumatlandırma işləri xüsusi əhəmiyyət kəsb edir. Kiberhücumların qarşısının alınmasında ən təsirli üsullardan biri — insan faktorunu gücləndirmək, yəni vətəndaşları və təşkilatları potensial risklər, müdafiə üsulları və rəqəmsal gigiyena vərdişləri ilə bağlı məlumatlandırmaqdır.

Maarifləndirmə kampaniyaları, təlimlər və sosial mediada düzgün və səlis məlumatların paylaşılması bu sahədə mühüm rol oynayır. Bu fəaliyyətlərin təkcə Bakıda deyil, regionlarda və kənd yerlərində də təşviq olunması strateji zərurətdir.

Azərbaycan kibercinayətkarlıqla mübarizədə həm regional, həm də beynəlxalq əməkdaşlığa önəm verir. Hüquq-mühafizə və təhlükəsizlik qurumları kibertəhdidlərin qarşısının alınması, məlumat mübadiləsi və insidentlərə birgə reaksiya üzrə əməkdaşlıq mexanizmləri üzərində işləyir. Eyni zamanda ölkəmiz beynəlxalq konvensiyalara qoşularaq texniki və hüquqi uyğunluq sahəsində mühüm addımlar atır”.

Elvin Abbasov onu da vurğulayır ki, mübarizə yalnız texnoloji deyil, həm də strateji və institusional səviyyədə aparılmalıdır:

“Nəticə etibarilə, kibertəhlükəsizlik artıq yalnız İT mütəxəssislərinin deyil, cəmiyyətin bütün təbəqələrinin diqqət yetirməli olduğu məsələdir. Kiberhücumların miqyası genişləndikcə, bununla mübarizə də yalnız texnoloji deyil, həm də strateji və institusional səviyyədə aparılmalıdır. Qanunvericiliyin təkmilləşdirilməsi, milli CERT-in imkanlarının genişləndirilməsi, həmçinin innovativ texnologiyaların tətbiqi və yerli mütəxəssislərin yetişdirilməsi bu istiqamətdə mühüm hədəflər sırasındadır.

Eyni zamanda ölkədə rəqəmsal bərabərliyin təmin olunması, yəni regionlarda da güclü internet infrastrukturunun qurulması, kibertəhlükəsizlik üzrə yerli resursların inkişaf etdirilməsi və hər kəs üçün eyni müdafiə səviyyəsinin yaradılması, milli kibertəhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olmalıdır”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri