Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB SƏBƏBLƏR | Icma.az
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illər kişilər arasında cinsi zəifliyin artması səhiyyə sahəsində aparılan müzakirələrdə xüsusi yer tutur.
Avropa Cinsi Sağlamlıq Araşdırmaları Təşkilatının məlumatına görə, son dövrlər 1990-cı illərlə müqayisədə cinsi zəiflik halları 20%-dən çox artıb.
Bu artım stress, qeyri-sağlam həyat tərzi və ətraf mühitin təsirləri ilə əlaqələndirilir.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci il hesabatına görə, dünyada 40 yaşdan yuxarı kişilərin təxminən 15%-ində erektil disfunksiya müşahidə edilir.
Bu rəqəm 70 yaşdan yuxarı kişilər arasında 50%-dən çoxdur.Azərbaycanda cinsi zəiflik barədə dəqiq statistik məlumatlar olmasa da, yerli androloqlar və uroloqlar problemin artdığını bildirirlər.News24.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan androloq Timurçin Məhərrəmbəyli bildirib ki, cinsi zəiflik, cinsi fəaliyyət aktının az olması, erkən boşalma qlobal mövzudur.
O qeyd edib ki, sözügedən problem ölkəmizdə də geniş yayılıb.“Bizə müraciət edən xəstələrin sayı gündən-günə artmağa davam edir.
Cinsi zəifliyin ən başlıca faktorları, təbii ki, psixoloji gərginlik, stres kimi vəziyyətlərdir.
Bunlardan əlavə bu şikayətlə gələn pasiyentlərin əksəriyyətində aktiv olaraq tütün məmulatlarından, alkoqollu və energetik içkilərdən istifadə müşahidə olunur.
Tam oxu
Xəbəri oxu