Icma.az
close
up
RU
Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB SƏBƏBLƏR

Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB SƏBƏBLƏR

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər kişilər arasında cinsi zəifliyin artması səhiyyə sahəsində aparılan müzakirələrdə xüsusi yer tutur. Avropa Cinsi Sağlamlıq Araşdırmaları Təşkilatının məlumatına görə, son dövrlər 1990-cı illərlə müqayisədə cinsi zəiflik halları 20%-dən çox artıb. Bu artım stress, qeyri-sağlam həyat tərzi və ətraf mühitin təsirləri ilə əlaqələndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci il hesabatına görə, dünyada 40 yaşdan yuxarı kişilərin təxminən 15%-ində erektil disfunksiya müşahidə edilir. Bu rəqəm 70 yaşdan yuxarı kişilər arasında 50%-dən çoxdur.

Azərbaycanda cinsi zəiflik barədə dəqiq statistik məlumatlar olmasa da, yerli androloqlar və uroloqlar problemin artdığını bildirirlər.

News24.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan androloq Timurçin Məhərrəmbəyli bildirib ki, cinsi zəiflik, cinsi fəaliyyət aktının az olması, erkən boşalma qlobal mövzudur. O qeyd edib ki, sözügedən problem ölkəmizdə də geniş yayılıb.

“Bizə müraciət edən xəstələrin sayı gündən-günə artmağa davam edir. Cinsi zəifliyin ən başlıca faktorları, təbii ki, psixoloji gərginlik, stres kimi vəziyyətlərdir. Bunlardan əlavə bu şikayətlə gələn pasiyentlərin əksəriyyətində aktiv olaraq tütün məmulatlarından, alkoqollu və energetik içkilərdən istifadə müşahidə olunur. Digər səbəblərdən biri də ən çox gənc nəsil arasında yayılan cinsi infeksiyalardır. Bu səbəblərin hamısı cinsi zəifliyə, erkən boşalmaya təsir edən ən böyük faktorlardır”.

Onun sözlərinə görə, bu problemləri aradan qaldırmağın müxtəlif yolları mövcuddur:

“Ən başlıca iş və şəxsi həyatda mütləq dəyişikliklərə getmək lazımdır. Stresdən uzaq durmaq, normal qidalanmaq, yuxu rejimini qaydaya salmaq lazımdır. Tütün məmulatları, alkoqollu və energetik içkilərdən istifadə minimuma endirilməlidir. Bunlarla yanaşı cinsi infeksiyaların yoxlanılması, üçün dövri yoxlamalar olmalıdır. Həkim müayinəsindən sonra xəstəyə uyğun olaraq dərman müalicəsi, pəhriz və bəzi idman hərəkətləri məsləhət görülür”.

Müsahib qeyd edib ki, burada idman dedikdə yalnız idman zalına getmək nəzərdə tutulmur:

“Eyni zamanda, gündəlik yürüşlər, gecə yürüşləri edilməlidir. Gündəlik həyatda aktiv hərəkətin təbii ki, cinsi zəifliyin və erkən boşalmanın müalicəsində böyük rolu var. Tək bunlara əməl etməklə problem aradan qalxmır, əlavə olaraq dərman müalicəsinin edilməsi də məsləhət görülür. Əsas problemi aradan qaldırmaq üçün isə səbəbi aradan qaldırmaq lazımdır. Fərdə görə səbəblər dəyişir. Biz, hətta cavan şəxslərdə bu problemlərə rast gəlirik. Pasiyentin 18-20 yaşı var, cinsi fəaliyyətə yeni başlayır, amma bu problemi yaşayır. Araşdıranda görünür ki, şəxs mütəmadi olaraq tütün məmulatlarından istifadə edir, iş rejimi gərgindir, yuxusuz qalır, yaxud da idmanla məşğul olmur. Bunlar hamısı bu problemə təsir edən faktorlardır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri