Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycanda uçot dərəcələri azaldıldı.
Bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00
“Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, bu, Azərbaycan hökumətinin manatla verdiyi vəsaitlərin faiz dərəcəsidir:
Amma məsələ ondadır ki, Azərbaycan hökuməti manatla faizə pul vermir.
Başqa sözlə, hökumət nə xaricə, nə də ölkə daxilindəki kommersiya banklarına donorluq edir.
Bu səbəbdən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda faiz dərəcəsinin 1 və ya 0,5 faizə endirilməsi heç bir ciddi nəticə doğurmur.
Çünki hökumət kommersiya banklarına donorluq funksiyasını yerinə yetirmir. Halbuki hökumətin buna kifayət qədər maliyyə imkanı var.
Hazırda Azərbaycanın dövlət aktivləri təxminən 70 milyard dollar civarında dəyərləndirilir”.