Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Azərbaycanda kreditləri ucuzlaşdırmağın SADƏ YOLU

Azərbaycanda kreditləri ucuzlaşdırmağın SADƏ YOLU

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda uçot dərəcələri azaldıldı. 

Bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00%-ə endirib. 

“Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, bu, Azərbaycan hökumətinin manatla verdiyi vəsaitlərin faiz dərəcəsidir: 

“Yəni bu, manatın kreditə verilən hissəsinin faiz göstəricisidir. Amma məsələ ondadır ki, Azərbaycan hökuməti manatla faizə pul vermir. Başqa sözlə, hökumət nə xaricə, nə də ölkə daxilindəki kommersiya banklarına donorluq edir. Bu səbəbdən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda faiz dərəcəsinin 1  və ya 0,5 faizə endirilməsi heç bir ciddi nəticə doğurmur. 

Çünki hökumət kommersiya banklarına donorluq funksiyasını yerinə yetirmir. Halbuki hökumətin buna kifayət qədər maliyyə imkanı var. Hazırda Azərbaycanın dövlət aktivləri təxminən 70 milyard dollar civarında dəyərləndirilir”. 

İqtisadçının sözlərinə görə, hökumət nə daxili, nə də xarici kreditlərə vəsait yönəldir və bu səbəbdən də faiz dərəcələrinin dəyişməsi iqtisadi mənada mühüm təsir göstərmir: 

“Ölkə daxilində kredit portfelinin ümumi dəyəri 27-28 milyard manat civarındadır. Bu da o deməkdir ki, mövcud aktivlərin təxminən 40 faizi qədər kredit portfeli formalaşıb. Əgər Azərbaycan hökuməti bu imkanlardan istifadə edərək kommersiya banklarına donorluq etsə, faiz dərəcələrinin dəyişməsi ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərə bilər. 

Hazırda ölkədə kreditlər kifayət qədər bahadır. Azərbaycanın kommersiya bankları xarici maliyyə bazarlarından təxminən 6-8 faiz arasında faizlə vəsait cəlb edirlər. Düzdür, bəzən daha ucuz kreditlər də əldə edilir. Hökumət bu ucuz kreditləri birbaşa özü kommersiya banklarına təqdim edə bilər. 

Məsələn, hökumət 4-5 faizlə banklara kredit versə, bu, həm də dövlət aktivlərinin gəlirliliyini artıra bilər. Keçən il Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin idarə olunmasından təxminən 3 faiz divident əldə olunmuşdu. Halbuki həmin vəsaitlərin bir hissəsi kommersiya banklarına 5 faizlə kredit şəklində verilsəydi, bu, daha yüksək gəlir gətirərdi. Eyni zamanda, bu addım ölkə daxilində kredit portfelinin genişlənməsinə və kreditlərin ucuzlaşmasına səbəb ola bilərdi”. 

Akif Nəsirli qeyd edib ki, inflyasiya ilə mübarizə inhisarçılığın aradan qaldırılması ilə birgə aparılmalıdır: 

“Düzdür, bu proses inflyasiya riskləri yarada bilər. Amma inflyasiyanı dövriyyədə olan pul kütləsini azaltmaqla məhdudlaşdırmaq düzgün yanaşma deyil. Əslində inflyasiya ilə mübarizə üçün əsas vasitə inhisarçılığı aradan qaldırmaqdır. Əgər ölkədə bütün sahələrdə inhisarçılıq minimuma endirilsə, inflyasiya riski də azalacaq. 

Beləliklə, iqtisadiyyatda pul dövriyyəsinin genişlənməsinə imkan vermək olar. Amma bu gün ölkə iqtisadiyyatı əsasən monopoliya şəraitində fəaliyyət göstərir. Bu səbəbdən hökumət inflyasiyadan qorunmaq məqsədilə dövriyyədəki pul vəsaitlərini azaltmağa çalışır ki, əhali tərəfindən aktiv pul dövriyyəsi inflyasiyaya səbəb olmasın. Bu da əhalinin kasıblamasına gətirib çıxarır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan kredit uçot dərəcələri Akif Nəsirli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri