Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Azərbaycanda mənzil qiymətlərinə təsir edən amillər müxtəlifdir.
Mənzil qiymətləri bir sıra iqtisadi, sosial və regional amillərdən asılıdır.
Əsas şərtləndirici faktorları belə qruplaşdırmaq olar: Burada əsasən iqtisadi amillər ön plana çıxır.
Belə ki, ÜDM-in artımı və ölkənin iqtisadi inkişaf tempi birbaşa əhalinin alıcılıq qabiliyyətinə təsir edir.
İşsizlik səviyyəsi və əhalinin gəlirləri mənzilə tələbatı müəyyənləşdirir.
İşsiz olan şəxslərin mənzil sahibi olmaları olduqca çətindir, çünki onların gəlirləri qeyri sabit olduğu üçün onlar uzunmüddətli perspektivdə mənzil əldə etmək imkanlarının olmadığını dərk edirlər.
Bu hal əsasən Bakıda özünü göstərməkdədir, kirayədə yaşayan insanlar bu məsələdə indikator olaraq çıxış edirlər.
İnflyasiya və manatın məzənnəsi tikinti materiallarının qiymətini artıraraq mənzil bazarına təsir göstərir.