Azərbaycanda mikro kreditlərin həcmi nə qədərdir?

01.09.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 2026-cı il iyul ayının 1-i tarixinə 17 milyard 333 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0.9% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 517.8 mln. manatı və ya 3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 9 mlrd. 269.2 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 363.9 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 829.9 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 870 mln. manatı isə mikro sahibkarlığa verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью