Azərbaycanda mikro kreditlərin həcmi nə qədərdir?
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 2026-cı il iyul ayının 1-i tarixinə 17 milyard 333 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0.9% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 517.8 mln. manatı və ya 3%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 9 mlrd. 269.2 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 363.9 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 829.9 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 870 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:62
Bu xəbər 01 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















