Azərbaycanda neft kəmərlərində olan itkilər kəskin azalıb

23.09.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 1,6 min ton itki olub, bu da illik müqayisədə 30,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2025-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,3 min ton təşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 16 516 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,8% azdır.

Nəqletmənin 76,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 12 702,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 8,8% azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью