Azərbaycanda neft kəmərlərində olan itkilər kəskin azalıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 1,6 min ton itki olub, bu da illik müqayisədə 30,4% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2025-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,3 min ton təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 16 516 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,8% azdır.
Nəqletmənin 76,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 12 702,3 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 8,8% azdır.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda magistral qaz kəmərlərində itkilər 58%dən çox azalıb
27 Noyabr 2024 11:05
Azərbaycanda magistral qaz kəmərlərində itkilər 7% dən çox artıb
25 Avqust 2025 16:50
Magistral qaz kəmərlərində itkilər 5,5% dən çox azalıb
23 Sentyabr 2026 14:33
Azərbaycanda neft kəmərlərində bu ilə olan itkilərin həcmi açıqlanıb
27 Noyabr 2024 11:01
Baxış sayı:122
Bu xəbər 23 Sentyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















