Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Modern.az 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı, indiyədək ölümdən sonra orqan donorluğu üçün razılığı təsdiqlənmiş şəxslərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə sorğu ünvanlayıb.
Mərkəzdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı 1000 nəfəri ötüb: "Həmin şəxslərin ayrı-ayrılıqda hansı orqanların transplantasiyasını gözlədiklərinə dair statistik bölgü (məsələn: böyrək, qaraciyər, ürək və s.) isə təxminən aşağıdakı kimidir: Böyrək transplantasiyası – 400 nəfərdən çox Qaraciyər transplantasiyası – təxminən 180 nəfər Ürək transplantasiyası – 30 nəfərə yaxın Sümük iliyi transplantasiyası – 500 nəfərdən çox Buynuz qişa transplantasiyası – 20 nəfərə yaxın.
Onu da qeyd edək ki, indiyədək ölümdən sonra orqan donorluğu üçün rəsmi razılıq ərizəsi imzalamış şəxslərin sayı təxminən 1200 nəfərə yaxındır".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.