Azərbaycanda orqanlarını bağışlamaq istəyənlərin sayı RƏSMİ
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Modern.az 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı, indiyədək ölümdən sonra orqan donorluğu üçün razılığı təsdiqlənmiş şəxslərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə sorğu ünvanlayıb.
Mərkəzdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı 1000 nəfəri ötüb:
"Həmin şəxslərin ayrı-ayrılıqda hansı orqanların transplantasiyasını gözlədiklərinə dair statistik bölgü (məsələn: böyrək, qaraciyər, ürək və s.) isə təxminən aşağıdakı kimidir:
Böyrək transplantasiyası – 400 nəfərdən çox
Qaraciyər transplantasiyası – təxminən 180 nəfər
Ürək transplantasiyası – 30 nəfərə yaxın
Sümük iliyi transplantasiyası – 500 nəfərdən çox
Buynuz qişa transplantasiyası – 20 nəfərə yaxın.
Onu da qeyd edək ki, indiyədək ölümdən sonra orqan donorluğu üçün rəsmi razılıq ərizəsi imzalamış şəxslərin sayı təxminən 1200 nəfərə yaxındır".
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















