Azərbaycanda oynayan futbolçular Millətlər Liqasında rəqib oldular

14.11.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

UEFA Millətlər Liqasının C Liqasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki,  Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçinin formasını geyindiyi Moldova millisi doğma meydanda "Sabah"ın qapıçısı Stas Pokatilovun şərəfini qoruduğu Qazaxıstan yığmasını qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Stina ilə Marandiçi bu matçda iştirak etməyib. Hər iki futbolçu sona qədər ehtiyatda qalıb. Pokatilov isə görüşə start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

5 turdan sonra 7 xal toplayan Moldova seçməsi qrupda 2-ci pillədə qərarlaşıb. 2 xalı olan Qazaxıstan millisi isə sonuncu yerdədir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью