Azərbaycanda oynayan futbolçular Millətlər Liqasında rəqib oldular
Icma.az bildirir, Sportal.az portalına istinadən.
UEFA Millətlər Liqasının C Liqasında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçinin formasını geyindiyi Moldova millisi doğma meydanda "Sabah"ın qapıçısı Stas Pokatilovun şərəfini qoruduğu Qazaxıstan yığmasını qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Stina ilə Marandiçi bu matçda iştirak etməyib. Hər iki futbolçu sona qədər ehtiyatda qalıb. Pokatilov isə görüşə start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
5 turdan sonra 7 xal toplayan Moldova seçməsi qrupda 2-ci pillədə qərarlaşıb. 2 xalı olan Qazaxıstan millisi isə sonuncu yerdədir.
saytlarin hazirlanmasi
Baxış sayı:62
Bu xəbər 14 Noyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















