Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Gürcüstan hökuməti plastikdən istifadənin azaldılması istiqamətində yeni qərar qəbul edib.Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, plastik istehlakının azaldılması məqsədilə 2026-cı il aprelin 1-dən yeni tənzimləmə qüvvəyə minəcək.
Həmin tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınması qadağan ediləcək.Hazırda Azərbaycanda plastik su butulkalarından, ümumilikdə, istifadənin qadağan edilməsi barədə qüvvədə olan bir qanun yoxdur.
Amma bununla bağlı gələcəkdə məhdudiyyətlər tətbiq olunacağına dair müzakirələr mövcuddur.
Qeyd edək ki, Azərbaycanda polietilen torbalar və birdəfəlik plastik qablar (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab, stəkan və s.) kimi birdəfəlik plastik məhsulların idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilib və ya məhdudlaşdırılıb.
Bu qadağalar 2021-ci ildən etibarən qüvvədədir. Ekologiya Nazirliyi gələcək üçün plastik su qablarına məhdudiyyətlər tətbiq etməyi planlaşdı
Bundan savayı, xüsusilə, plastik qablardakı mineral sular və şirələr müəyyən temperaturda artıq ciddi şəkildə çevrilməyə başlayır.
Günün altında plastik butulkalarda qalan mineral və ya adi sular plastik butulkalarda ciddi şəkildə ziyan görürlər”.Ekoloq plastik su qablarının ziyanlarından danışarkən həm də bunların istifadəsinin qadağan edilməsi barədə çağırış edib:“Belə vəziyyətdə digər ölkələrin çoxunda bu butulkaların istifadəsindən ciddi şəkildə imtina edirlər.