Icma.az
close
up
RU
Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNUR?

Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNUR?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan hökuməti plastikdən istifadənin azaldılması istiqamətində yeni qərar qəbul edib.
Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, plastik istehlakının azaldılması məqsədilə 2026-cı il aprelin 1-dən yeni tənzimləmə qüvvəyə minəcək. Həmin tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınması qadağan ediləcək.
Hazırda Azərbaycanda plastik su butulkalarından, ümumilikdə, istifadənin qadağan edilməsi barədə qüvvədə olan bir qanun yoxdur. Amma bununla bağlı gələcəkdə məhdudiyyətlər tətbiq olunacağına dair müzakirələr mövcuddur.
 

Qeyd edək ki, Azərbaycanda polietilen torbalar və birdəfəlik plastik qablar (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab, stəkan və s.) kimi birdəfəlik plastik məhsulların idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilib və ya məhdudlaşdırılıb. Bu qadağalar 2021-ci ildən etibarən qüvvədədir.


Ekologiya Nazirliyi gələcək üçün plastik su qablarına məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını bildirib və qanuna yeni dəyişikliklər üzərində işlədiyini açıqlayıb.
Qonşu ölkədə olduğu kimi Azərbaycanda da plastik butulka və su qabları qadağan olunmalıdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ekoloq Ənvər Əliyev qeyd edir ki, plastik butulkalar və su qabları müəyyən vaxtadək istifadəyə yararlıdır:
“Sonradan bu plastiklərdən elə mikroorqanizmlər yaranır ki, onlar həqiqi mənada insan sağlamlığına ciddi fəsadlar törədir. Bundan savayı, xüsusilə, plastik qablardakı mineral sular və şirələr müəyyən temperaturda artıq ciddi şəkildə çevrilməyə başlayır. Günün altında plastik butulkalarda qalan mineral və ya adi sular plastik butulkalarda ciddi şəkildə ziyan görürlər”.
Ekoloq plastik su qablarının ziyanlarından danışarkən həm də bunların istifadəsinin qadağan edilməsi barədə çağırış edib:
“Belə vəziyyətdə digər ölkələrin çoxunda bu butulkaların istifadəsindən ciddi şəkildə imtina edirlər. Ölkəmizdə də artıq müəyyən işlər aparılır. Tədqiqatların nəticəsi göstərir ki, bu dediklərim dəfələrlə öz təsdiqini tapıb. Məsələ ciddidir. Buna qadağa qoyan ölkələrin əsaslı səbəbləri var. Əgər dünya standartlarından danışırıqsa, gərək biz də sağlamlığımız xatirinə bu məsələdə ciddi olaq.
Tam mənada istəyərdim ki, belə bir qərar qəbul olunsun. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə xüsusi qaydada Parlamentə müraciət qəbul edib qanuniləşdirilməsi üçün çalışmalıdır. Azərbaycan hökuməti bu barədə mütləq ciddi tədbir görməlidir”.
Fatimə Əliyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see413

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see262

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see253

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see251

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see249

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see237

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see233

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see229

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see228

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see222

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see219

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see217

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see212

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see210

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see209

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see208

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see203

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see195

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see194

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri