“Azərbaycanda plastik tullantılara qarşı maarifləndirmə işləri aparılmalıdır” Elman Cəfərl…
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ötən il Gəncə, Hacıkənd, Qaşqəsən və digər bölgələrdə aparılan maarifləndirmə işləri zamanı sakinlər plastik tullantıların artmasından şikayətlənirdilər.
Onlar bildirirdilər ki, məişət tullantılarının çeşidlənməsi üçün nəzərdə tutulmuş yerlər yoxdur.
Bu baxımdan məqsədəuyğun olardı ki, yalnız paytaxtda deyil, ölkənin bir neçə bölgəsində də belə zavodlar və ya ən azı tullantı toplama müəssisələri yaradılsın.
Toplanan tullantılar həmin müəssisələrdə çeşidlənərək emal üçün digər mərkəzlərə göndərilə bilər”.
Bu fikirləri Gununsesi.info -ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib: “Məişət tullantılarının təkrar emalı ilə bağlı müxtəlif layihələr mövcuddur.
Bu sahədə dünyanın uğurlu təcrübələrindən faydalanmaqla yeni iş yerləri də açıla bilər.
Çünki çeşidlənmə müəssisələrinin fəaliyyəti həm ekoloji fayda verir, həm də iqtisadi baxımdan önəmlidir — orada çoxsaylı insanlar işlə təmin oluna bilər.
Tam oxu
Xəbəri oxu