Icma.az
close
up
RU
“Azərbaycanda plastik tullantılara qarşı maarifləndirmə işləri aparılmalıdır” Elman Cəfərli

“Azərbaycanda plastik tullantılara qarşı maarifləndirmə işləri aparılmalıdır” Elman Cəfərli

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ötən il Gəncə, Hacıkənd, Qaşqəsən və digər bölgələrdə aparılan maarifləndirmə işləri zamanı sakinlər plastik tullantıların artmasından şikayətlənirdilər. Onlar bildirirdilər ki, məişət tullantılarının çeşidlənməsi üçün nəzərdə tutulmuş yerlər yoxdur.

Bu baxımdan məqsədəuyğun olardı ki, yalnız paytaxtda deyil, ölkənin bir neçə bölgəsində də belə zavodlar və ya ən azı tullantı toplama müəssisələri yaradılsın. Toplanan tullantılar həmin müəssisələrdə çeşidlənərək emal üçün digər mərkəzlərə göndərilə bilər”.

Bu fikirləri  Gununsesi.info -ya danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib:

“Məişət tullantılarının təkrar emalı ilə bağlı müxtəlif layihələr mövcuddur. Bu sahədə dünyanın uğurlu təcrübələrindən faydalanmaqla yeni iş yerləri də açıla bilər. Çünki çeşidlənmə müəssisələrinin fəaliyyəti həm ekoloji fayda verir, həm də iqtisadi baxımdan önəmlidir — orada çoxsaylı insanlar işlə təmin oluna bilər.

Çətinliklərə gəlincə, əsas problem daha çox ictimai şüurda müşahidə olunur. Dövlət qurumları bu istiqamətdə işlərini görürlər — bəlkə tam qənaətbəxş səviyyədə olmasa da, müəyyən addımlar atılır. Lakin vətəndaş cəmiyyətinin üzərinə də böyük məsuliyyət düşür”.

Elman Cəfərli əlavə edib ki, insanlar maarifləndirilməli, düzgün davranış qaydaları onlara aşılanmalıdır.

“Çoxları hələ də bu məsələlərin əhəmiyyətini dərk etmir. Məsələn, bəzən avtomobilin pəncərəsindən tullantı atan insanlara rast gəlirik — içdiyi suyun plastik qabını, ya da dönər gətirdiyi polietilen torbanı yola atır. Halbuki bu, qanunla qadağandır və cərimə tətbiq olunur.

Bu sahədə vətəndaş cəmiyyəti fəalları, ictimai təşkilatlar, könüllülər və media nümayəndələri insanları maarifləndirməlidir. Sosial çarxlar hazırlanmalı, televiziyalarda təbliğat aparılmalıdır. Vətəndaş cəmiyyəti institutları bölgələrdə ictimai müzakirələr keçirməli, gənclərin iştirakı ilə müxtəlif “flashmob” aksiyalar təşkil etməlidirlər.

Belə təşəbbüslər ictimai şüurda mühüm dəyişiklik yarada bilər. Əgər biz cəmiyyəti maarifləndirməsək, insanlar bu məsələlərin ciddiliyini dərk etməyəcəklər. Hər bir vətəndaş məsuliyyətli olmalı, ətraf mühitin qorunmasına töhfə verməlidir.

Təbii ki, bu məsuliyyəti təkcə vətəndaş cəmiyyətinin üzərinə qoymaq olmaz. Məktəblərdə müəllimlər, bələdiyyə əməkdaşları, yazıçılar və tanınmış ictimai şəxslər də bu işdə fəal rol oynamalıdır. Sosial şəbəkələr dövründə maarifləndirmə üçün televiziyaya çıxmağa belə ehtiyac yoxdur. Əgər sosial mediada düzgün təbliğat aparılsa, nümunəvi və ekoloji məsuliyyətli bir cəmiyyət formalaşdırmaq mümkündür”.

Ekoloq qeyd edib ki, plastik tullantıların yayılması ətraf mühitə ciddi zərər vurur, ekoloji tarazlığı pozur və həm insanların, həm də canlıların sağlamlığına ağır ziyan gətirir.

Onun sözlərinə görə, xüsusən də su hövzələrində yaşayan heyvanlar, balıqlar və digər suda və quruda yaşayan canlılar bundan mənfi təsir alır.

“Plastik tullantılar həmçinin insanların sağlamlığına da birbaşa və dolayısı ilə təsir edir.

Burada söhbət təbiətə buraxılan məişət tullantılarından gedir. Onlar birbaşa insana təsir etməsə də, dolayısı ilə ciddi zərər vururlar. Məsələn, plastik qablarda saxlanılan ərzaqlar, meyvə və içkilər uzun müddət təravətini qoruya bilmir. Əksinə, bu məhsullar plastiklə kimyəvi reaksiyaya girərək zərərli maddələr əmələ gətirir. Buna görə də insan üçün daha təhlükəsiz hesab edilən qidalar və içkilər şüşə butulkalarda saxlanılmalı və istehlakçıya bu formada çatdırılmalıdır.

Plastik qablarla uzunmüddətli təmas nəticəsində qida və içkilərin tərkibi dəyişir, bu isə insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də Azərbaycanda plastik tullantılarla mübarizə istiqamətində maarifləndirmə işləri daha da genişləndirilməlidir. Bu sahədə mətbuatın, vətəndaş cəmiyyəti institutlarının, gənclər hərəkatlarının və qadın təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Aparıcı dünya ölkələrində plastik qablardan, plastik daşıma vasitələrindən, çantalardan və polietilen torbalardan imtina ilə bağlı çoxsaylı maarifləndirici kampaniyalar həyata keçirilir. Bu kampaniyaların önündə məşhur sənətçilər, idmançılar və dünya şöhrətli şəxslər dayanır”.

Elman Cəfərli Azərbaycanda da belə təşəbbüslərin həyata keçirilməsini faydalı hesab edir.

“Tanınmış sənət adamları, aparıcılar, jurnalistlər və futbolçular bu məsələdə cəmiyyətə nümunə ola bilərlər. Məsələn, bir vaxtlar şəkərin zərərləri ilə bağlı kampaniya başlamışdı. Həmin kampaniyaya tanınmış idmançılar da qoşulmuşdu və təşəbbüs cəmiyyətdə böyük təsir yaratmışdı. İnsanlar şəkərin orqanizmə mənfi təsirini anlayaraq istifadəsini xeyli azaltmışdılar.

Eyni şəkildə, tanınmış bir sənət adamının iştirak etdiyi sosial çarxlar da böyük təsir gücünə malik ola bilər. Məsələn, belə bir çarxda həmin şəxs supermarketdə alış-veriş edərkən ekoloji parça və ya kağız torbadan istifadə edir, plastik torbalardan imtina edir. Belə kampaniyalar insanlarda ekoloji düşüncə formalaşdırmaq və plastik tullantılara qarşı mübarizəni gücləndirmək baxımından mühüm rol oynaya bilər”-deyə o əlavə edib.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see190

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see170

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see149

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see126

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see122

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri