Azərbaycanda pul baratları üzrə saldo 70% artıb

29.10.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 mln. ABŞ dolları təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70% çoxdur. 

Məlumata görə, əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı ), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью