Azərbaycanda pul baratları üzrə saldo 70% artıb
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 mln. ABŞ dolları təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70% çoxdur.
Məlumata görə, əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı ), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















