Azərbaycanda pulu daşınmaz əmlaka yatırmaq sərfəlidirmi? | Icma.az
Icma.az, Banco.az portalına istinadən məlumat yayır. Müəllif: Gülnar Əhmədli, Banco.az Daşınmaz əmlak riski az olan yatırımlardan biridir.
Qiymətlərin də davamlı artdığını nəzərə alsaq, gələcək üçün nələr gözlənilir? Pulumuzu daşınmaz əmlaka yatıra bilərikmi?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Banco.az-a açıqlama verib.
"Hazırda investisiya istiqaməti olaraq daşınmaz əmlak əsas prioritet təşkil edir.
Vətəndaşlarımızın və sahibkarların mütləq əksəriyyəti öz kapitalını məhz bu sahəyə yönəldir.
Bu da ondan irəli gəlir ki, digər istiqamətlərdə gəlirlilik arzulanan səviyyədə deyil, eyni zamanda aktiv biznes gözlənilən nəticəni vermir.
Risklərin artıqlığı, qanunvericiliyin dəyişmə ehtimalı, eləcə də statik və dinamik risklərin həddindən artıq çox olması əhalinin böyük bir hissəsini passiv, yəni fəaliyyətsiz biznes növünə üstünlük verməyə vadar edir.
Bu isə daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və yaxud icarəsindən ibarətdir".
Tam oxu
Xəbəri oxu