Icma.az
close
up
RU
Azərbaycanda pulu daşınmaz əmlaka yatırmaq sərfəlidirmi?

Azərbaycanda pulu daşınmaz əmlaka yatırmaq sərfəlidirmi?

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Daşınmaz əmlak riski az olan yatırımlardan biridir. Qiymətlərin də davamlı artdığını nəzərə alsaq, gələcək üçün nələr gözlənilir?

Pulumuzu daşınmaz əmlaka yatıra bilərikmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc  Banco.az-a açıqlama verib.

"Hazırda investisiya istiqaməti olaraq daşınmaz əmlak əsas prioritet təşkil edir. Vətəndaşlarımızın və sahibkarların mütləq əksəriyyəti öz kapitalını məhz bu sahəyə yönəldir. Bu da ondan irəli gəlir ki, digər istiqamətlərdə gəlirlilik arzulanan səviyyədə deyil, eyni zamanda aktiv biznes gözlənilən nəticəni vermir. Risklərin artıqlığı, qanunvericiliyin dəyişmə ehtimalı, eləcə də statik və dinamik risklərin həddindən artıq çox olması əhalinin böyük bir hissəsini passiv, yəni fəaliyyətsiz biznes növünə üstünlük verməyə vadar edir. Bu isə daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və yaxud icarəsindən ibarətdir".

İqtisadçının sözlərinə görə, bu istiqamət o vaxta qədər prioritet olaraq qalacaq ki, alternativ investisiya istiqamətləri gerçəkləşməsin: "Yəni dünyanın digər inkişaf etmiş dövlətlərində olduğu kimi fond birjaları, qiymətli kağızlar bazarı, səhm alqı-satqı platformaları və digər bu tip investisiya məkanları formalaşmasın və vətəndaşlar ayrı-ayrı şirkətlərin potensialına uyğun şəkildə onların qiymətli kağızlarını almağa maraq göstərməsin. Amma bu mərhələ də gələcək. Həmin mərhələ çatdıqda daşınmaz əmlak tamamilə sıradan çıxmayacaq, təbii ki, lakin indiki kimi yeganə prioritet istiqamət yox, investisiya istiqamətlərindən biri kimi öz mövcudluğunu qoruyub saxlayacaq.

Hazırda bu reallıqlar ölkəmizdə mövcud deyil. Ona görə də daşınmaz əmlakın əsas investisiya istiqaməti kimi mövcudluğu davam edir və növbəti illərdə də bu tendensiya qorunacaq. Bu isə təbii olaraq qiymət artımına təsir göstərir. İnvestisiya həcmi nə qədər çox olarsa, bazarda tələb də bir o qədər artır və nəticədə qiymətlər yüksəlir. Həm kirayə qiymətlərinin, həm də daşınmaz əmlakın satış qiymətlərinin 2026-cı ildə artacağı şübhəsizdir. Bu baxımdan əhali mümkün qədər həmin istiqamətdə yenidən yatırımlar edəcəklər".

V. Oruc bildirib ki, nə qədər ki, daşınmaz əmlak üzrə artım tempi bank faizlərindən aşağı düşməyib (hazırda bank faizləri 11–12% civarındadır, daşınmaz əmlakın müxtəlif növləri üzrə isə artım 15–20% arasında dəyişir) və nə qədər ki, banklarda depozit kimi vəsait saxlamaq riskli hesab olunur, daşınmaz əmlak öz aktuallığını qoruyub saxlayacaq: "Lakin bank sistemi daha da təkmilləşdikcə və kommersiya bankları tam depozit sığortalanmasını təmin etdikdə, yəni depozitdə kapital saxlamaq daha təhlükəsiz olduqda, daşınmaz əmlakın prioritet mövqeyində müəyyən problemlər yarana bilər. Amma hələ ki, bu, yaxın gələcək üçün gözlənilmir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 Yanvar 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri