Azərbaycanda qadın telefona görə həyat yoldaşını bıçaqladı Əri bağışladı | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsmayıllı rayonunda 35 yaşlı qadın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 27-də İsmayıllı şəhərində baş verib.
1991-ci il təvəllüdlü Təhminə həmin gün saat 8 radələrində yaşadıqları fərdi yaşayış evinin yataq otağında olarkən əri Elməddinlə (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı Elməddin onun üstünə gələrək, bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurub.
Sonra o, arxasını ona çevirərək otaqdan çıxmaq istəyib.Bu zaman Təhminə qisas almaq məqsədi ilə yataq otağındakı stolun üstündə olan bıçağı götürüb və bir dəfə ərinin kürək nahiyəsindən vurub.Hadisəni törədən Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Elməddin ilə 2015-ci ilin yanvar ayında ailə həyatı qurublar: “Birgə nigahımızdan 2015-ci il təvəllüdlü Səlim, 2020-ci il təvəllüdlü Mustafa adlı oğullarımız var.
Elməddinlə münasibətlərimiz normal olmayıb. Aramızda tez-tez münaqişələr baş verib. Birgə yaşadığımız dövrdə ərim günlərlə evə gəlməyib.
Tam oxu
Xəbəri oxu