Icma.az
close
up
RU
Azərbaycanda qadın telefona görə həyat yoldaşını bıçaqladı Əri bağışladı

Azərbaycanda qadın telefona görə həyat yoldaşını bıçaqladı Əri bağışladı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsmayıllı rayonunda 35 yaşlı qadın ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 27-də İsmayıllı şəhərində baş verib. 1991-ci il təvəllüdlü Təhminə həmin gün saat 8 radələrində yaşadıqları fərdi yaşayış evinin yataq otağında olarkən əri Elməddinlə (adlar şərtidir – red.) mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Elməddin onun üstünə gələrək, bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurub. Sonra o, arxasını ona çevirərək otaqdan çıxmaq istəyib.Bu zaman Təhminə qisas almaq məqsədi ilə yataq otağındakı stolun üstündə olan bıçağı götürüb və bir dəfə ərinin kürək nahiyəsindən vurub.
Hadisəni törədən Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elməddin ilə 2015-ci ilin yanvar ayında ailə həyatı qurublar: “Birgə nigahımızdan 2015-ci il təvəllüdlü Səlim, 2020-ci il təvəllüdlü Mustafa adlı oğullarımız var. Elməddinlə münasibətlərimiz normal olmayıb. Aramızda tez-tez münaqişələr baş verib. Birgə yaşadığımız dövrdə ərim günlərlə evə gəlməyib. Evdə olduğu vaxtlarda isə biz ayrı yatmışıq”. 
Təhminənin sözlərinə görə, 2024-cü ilin oktyabrın 26-da, gecə saatlarında Elməddin evə içkili vəziyyətdə gəlib və öz otağına keçərək yatıb: “Ertəsi gün, səhər saat 7 radələrində Elməddin yuxudan oyandı və məndən özünə məxsus mobil telefonunun harada olmasını soruşdu. Mən telefonu görmədiyimi dedim. Bu zəmində aramızda mübahisə yarandı. Elməddin məndən mobil telefonunu yerinə qoymağımı tələb etdi və yenidən yatdı. Saat 8 radələrində Elməddin durdu və yenidən mobil telefonunu götürdüyümü deyərək mənimlə yenidən mübahisə etməyə başladı. O, məni təpiklə və yumruqla vurdu, nalayiq ifadələrlə təhqir edərək otaqdan çıxmaq istədi. Belə halların mütəmadi olaraq baş verməsindən son dərəcədə əsəbiləşdiyimdən stolun üstündə olan mətbəx bıçağını götürdüm və onun kürəyindən bir dəfə vurdum. Etdiyim hərəkətə görə həyəcanlanaraq ağlamağa başladım. Elməddin isə mənə heç nə demədən getdi. Bir neçə dəqiqə sonra özümə gəldim, bıçağı yuyaraq həyətə atdım. Bir qədər sonra polis əməkdaşları yaşadığım evə gəldi. 
İlkin sorğuda etdiyim əməli etiraf etdim. Həyətə atdığım bıçağı taparaq polis şöbəsinə getdim və bıçağı polis əməkdaşlarına təqdim etdim”.
Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri