Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı Azərbaycanda boşanmalar və aliment ödənişləri ilə bağlı məsələlər gündəmə gətirilib.
Hesabatda qeyd olunub ki, aliment tələbinə dair məhkəmə qərarlarının icrasında ciddi çətinliklər var.
Bu çətinliklərin aradan qaldırılması üçün Ombudsman əvvəlki illik hesabatlarında Aliment Fondunun yaradılmasını təklif edib.Son dövrlərdə deputatlar və bəzi dövlət qurumları bu təklifi dəstəkləyib, fondun yaradılmasının vacibliyini vurğulayıblar.
Bununla belə, bəzi deputatlar fondun təsis edilməsinin saxta boşanmaların artmasına səbəb ola biləcəyini qeyd ediblər.Müzakirələr zamanı deputat Razi Nurullayev boşanmaların əsas səbəbi kimi qadınların daha sərbəst yaşamaq istəməsini və aliment almağa meyilli olmalarını iddia edib.
Onun fikri müzakirələrə səbəb olub.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, son illərdə respublikada nikah və boşanmaların nisbətində ciddi dəyişiklik baş verib və əlbəttə ki, bu məsələ həm aidiyyəti dövlət qurumlarını, eləcə də cəmiyyət üzvlərini narahat edir:"Araşdırmalar göstərir ki, boşanmaların ümumi və xüsusi səbəbləri vardır.
Son illərdə nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edənlərin 70 faizindən çoxu xasiyyətlərinin uyğun olmamasını əsas gətiriblər.
Xarakter uyğunsuzluğu səbəbinin altında əlbəttəki müxtəlif, daha dərin, dilə gətirilməyən amillər də durur.