Icma.az
close
up
RU
Azərbaycanda qadınlar alimentə görə BOŞANIR?

Azərbaycanda qadınlar alimentə görə BOŞANIR?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı Azərbaycanda boşanmalar və aliment ödənişləri ilə bağlı məsələlər gündəmə gətirilib. Hesabatda qeyd olunub ki, aliment tələbinə dair məhkəmə qərarlarının icrasında ciddi çətinliklər var. Bu çətinliklərin aradan qaldırılması üçün Ombudsman əvvəlki illik hesabatlarında Aliment Fondunun yaradılmasını təklif edib.

Son dövrlərdə deputatlar və bəzi dövlət qurumları bu təklifi dəstəkləyib, fondun yaradılmasının vacibliyini vurğulayıblar. Bununla belə, bəzi deputatlar fondun təsis edilməsinin saxta boşanmaların artmasına səbəb ola biləcəyini qeyd ediblər.

Müzakirələr zamanı deputat Razi Nurullayev boşanmaların əsas səbəbi kimi qadınların daha sərbəst yaşamaq istəməsini və aliment almağa meyilli olmalarını iddia edib. Onun fikri müzakirələrə səbəb olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, son illərdə respublikada nikah və boşanmaların nisbətində ciddi dəyişiklik baş verib və əlbəttə ki, bu məsələ həm aidiyyəti dövlət qurumlarını, eləcə də cəmiyyət üzvlərini narahat edir:

"Araşdırmalar göstərir ki, boşanmaların ümumi və xüsusi səbəbləri vardır. Son illərdə nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edənlərin 70 faizindən çoxu xasiyyətlərinin uyğun olmamasını əsas gətiriblər. Xarakter uyğunsuzluğu səbəbinin altında əlbəttəki müxtəlif, daha dərin, dilə gətirilməyən amillər də durur. Digər səbəblər sırasına xəyanət və qısqanclıq, məişət zorakılığı, uşağın olmaması, sosial vəziyyətin çətinliyi və ya yaşayış yerinin olmaması, zərərli vərdişlərə aludəçilik və kənar şəxslərin müdaxilələri daxil olmuşdur".

Onun sözlərinə görə, əvvəllər mütəxəssislər boşanmaların daha çox evliliklərin ilk illərində baş verdiyini qeyd edirdilərsə, hal-hazırda qloballaşma, ünsiyyətin genişlənməsi, məlumatın əlçatanlığı və çox olması, hər iki cinsin şəxsi maraqlarını daha çox düşünmələri və şəxsi azadlığa önəm vermələri, ailəyə etinasız münasibətlə yanaşmaları, ən kiçik ailədaxili məsələlərdə dözümsüzlük göstərmələri nəticəsində nikahın pozulması hallarına 10-19 ildən çox birgə nikah münasibətlərində olan şəxslərin arasında da rast gəlinir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 21 688 boşanma qeydə alınıb. Bunların 9 510-u uşaqsız ailələr (44 faizə yaxın), 4 748-i bir uşaqlı, 7 430-u isə iki və daha çox uşaqlı ailələr olub. Ümumilikdə, 21 689 uşağın valideynləri boşanıb. Rəqəmlər göstərir ki, boşanmaların ciddi hissəsi uşaqsız ailələrdə baş verib.

Səmra Əliyeva qeyd edir ki, boşanmalara daha çox qadınların səbəb olması fikri isə həqiqəti əks etdirmir.

"Düzdür statistik rəqəmlər göstərir ki, son illər ərzində boşanma iddiası ilə daha çox qadınlar müvafiq orqanlara müraciət etmişdirlər. Lakin bu o demək deyildir ki, yaranan bütün problemlərin səbəbkarı da məhz qadınlar olmuşdurlar. Xüsusilə qadınların aliment almaq məqsədilə ilə boşandığını dilə gətirmək, düşünürük ki, günün reallığını əks etdirmir. Çünki uşaqların xərcləri yalnız aliment ödənişi ilə qarşılanmır. Müasir dövrdə uşaqların maraqlarını, təhsil xərclərini və digər ödənişləri nəzərə alsaq, bir valideyn tərəfindən ödənilən alimentin uşağın yalnız bir qisim xərcini ödədiyini görmüş olarıq. Üstəlik uşağın baxımı yalnız maddi xərclərdən ibarət deyildir. Uşaq himayəsində qaldığı valideyndən daimi olaraq diqqət, qayğı görməli və daim özünü sevilən hiss etməlidir. Bütün bu məqamları nəzərə alsaq, anlaya bilərik ki, bir çox hallarda qadın övladını tək başına, çətinliklə böyütməyə razı olmaz. Necə ki, nikah 2 nəfərin könüllü ittifaqıdır, boşanma prosesinə gətirib çıxaran yolda da bu 2 nəfərin rolu danılmazdır. Birmənalı şəkildə bu prosesdə təkcə qadınları yaxud kişiləri günahlandırmaq olmaz. Bəzən bu prosesə kənar müdaxilə də təkan verir.

Hal-hazırda qarşıya qoyulan əsas məqsədlərdən biri gəncləri ailə həyatına düzgün istiqamətləndirmək, hazırlamaqdır. Cəmiyyətin təməli olan ailələrin qorunması, ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin tənzimlənməsi istiqamətində mütəmadi olaraq sosial-iqtisadi tədbirlər görülür, maarifləndirmə işləri aparılır və icma səviyyəsində görüşlər keçirilir” - S.Əliyeva qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see304

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see259

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see250

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see247

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see235

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see234

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see226

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see224

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see218

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see212

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see208

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see207

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see206

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see200

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see195

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see195

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see192

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see179

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see178

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri