Azərbaycanda qadınlar da hərbi xidmətə cəlb olunacaq? Deputatdan AÇIQLAMA | Icma.az
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Türkiyədə qadınlar məcburi hərbi xidmətə cəlb oluna bilərlər.
Bizim.Media xəbər verir ki, yaxın günlərdə bununla bağlı Türkiyə Böyük Millət Məclisində təklif irəli sürülüb.Bu təklif Türkiyəylə yanaşı, Azərbaycanda da müzakirəyə və marağa səbəb olub.Maraqlıdır, Azərbaycanda belə bir təklif gündəmə gətirilə bilərmi?
Azərbaycan qadınları da kişilər kimi ordunun bir üzvü olmalıdırlar?Bizim.Media mövzuyla bağlı Milli Məclisin üzvü Elnarə Akimovanın fikirlərini öyrənib.
O, nəzərə çatdırıb ki, hərbin bəzi sahələrində fəaliyyət göstərən Azərbaycan qadınları var:“Əslində, hüquqi nöqteyi-nəzərdən bu məsələ bizdə artıq cavabını tapıb.
Azərbaycan Konstitusiyasının 25-ci maddəsi açıq şəkildə bildirir ki, “kişilər və qadınlar eyni hüquq və azadlıqlara malikdirlər”.
Bu, yalnız siyasi və sosial sahələrdə deyil, həm də dövlətin müdafiə və təhlükəsizlik prinsiplərində də keçərlidir.
Qanun qadına da hərbi xidmət hüququ verir, sadəcə, bu, məcburi deyil, könüllü xarakter daşıyır.Nəzəri baxımdan bu mümkündür.
Azərbaycan Silahlı Qüvvələrində qadınların fəaliyyəti artıq var- tibb, logistika, rabitə, hətta döyüş hazırlığı ilə bağlı sahələrdə qadın zabit və gizirlər xidmət edir”.Deputat deyir ki, qadınların məcburi hərbi xidməti isə hələki gözlənilmir:“Ümumi hərbi çağırış sisteminə xanımların da daxil edilməsi, yəni müəyyən yaşdan etibarən məcburi hərbi xidmətə cəlb olunması hələlik həm hüquqi, həm də sosial baxımdan real görünmür.
Tam oxu
Xəbəri oxu