Icma.az
close
up
RU
Azərbaycanda qadınlar da hərbi xidmətə cəlb olunacaq? Deputatdan AÇIQLAMA

Azərbaycanda qadınlar da hərbi xidmətə cəlb olunacaq? Deputatdan AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə qadınlar məcburi hərbi xidmətə cəlb oluna bilərlər.

Bizim.Media xəbər verir ki, yaxın günlərdə bununla bağlı Türkiyə Böyük Millət Məclisində təklif irəli sürülüb.
Bu təklif Türkiyəylə yanaşı, Azərbaycanda da müzakirəyə və marağa səbəb olub.
Maraqlıdır, Azərbaycanda belə bir təklif gündəmə gətirilə bilərmi? Azərbaycan qadınları da kişilər kimi ordunun bir üzvü olmalıdırlar?
Bizim.Media mövzuyla bağlı Milli Məclisin üzvü Elnarə Akimovanın fikirlərini öyrənib. O, nəzərə çatdırıb ki, hərbin bəzi sahələrində fəaliyyət göstərən Azərbaycan qadınları var:
“Əslində, hüquqi nöqteyi-nəzərdən bu məsələ bizdə artıq cavabını tapıb. Azərbaycan Konstitusiyasının 25-ci maddəsi açıq şəkildə bildirir ki, “kişilər və qadınlar eyni hüquq və azadlıqlara malikdirlər”. Bu, yalnız siyasi və sosial sahələrdə deyil, həm də dövlətin müdafiə və təhlükəsizlik prinsiplərində də keçərlidir. Qanun qadına da hərbi xidmət hüququ verir, sadəcə, bu, məcburi deyil, könüllü xarakter daşıyır.
Nəzəri baxımdan bu mümkündür. Azərbaycan Silahlı Qüvvələrində qadınların fəaliyyəti artıq var- tibb, logistika, rabitə, hətta döyüş hazırlığı ilə bağlı sahələrdə qadın zabit və gizirlər xidmət edir”.
Deputat deyir ki, qadınların məcburi hərbi xidməti isə hələki gözlənilmir:
“Ümumi hərbi çağırış sisteminə xanımların da daxil edilməsi, yəni müəyyən yaşdan etibarən məcburi hərbi xidmətə cəlb olunması hələlik həm hüquqi, həm də sosial baxımdan real görünmür. Bunun üçün ciddi qanunvericilik dəyişiklikləri, həm də cəmiyyətin bu ideyaya hazır olması lazımdır”.
Millət vəkili Azərbaycan qadınının döyüşkən ruhunu tarixi faktlarla da sübut edib:
“Məsələ tək hüquqla bitmir. Azərbaycan qadını tarix boyu bu bərabərliyi yalnız kağız üzərində deyil, döyüş meydanlarında, səngərlərdə, hospital otaqlarında, ön və arxa cəbhədə sübut edib.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını daim kişilərlə çiyin-çiyinə Vətən üçün mübarizə aparıb. Böyük Vətən Müharibəsində azərbaycanlı qadınların ön cəbhədə göstərdikləri qəhrəmanlıqlar xüsusi yer tutur. Minlərlə qadın könüllü şəkildə orduya yazıldı: Tamara Quliyeva, Züleyxa Seyidbəyli, Kubra Əliyeva kimi tibb bacıları, rabitəçi və snayper qadınlar ölümün gözünə dik baxaraq vətənpərvərlik dastanları yazdılar. Onların bəziləri geri dönmədi, amma bu gün də onların adları Azərbaycanın hər bir kəndində, məktəbində, ürəyində yaşayır”.
“Evində silaha sarılan qadınlarımız...”
Deputat əlavə edib ki, Birinci Qarabağ müharibəsində Azərbaycan qadını yenə səssiz qəhrəman idi:
“Təkcə döyüş meydanında deyil, evdə, ailədə, arxada — oğlunu, ərini, atasını yola salan, amma özü də silaha sarılan qadınlar vardı. Şəhid qadın döyüşçülərimiz – onların hər biri Azərbaycanın igidlik tarixinin canlı səhifəsidir. İkinci Qarabağ müharibəsi isə Azərbaycan qadınının həm cəbhədə, həm də informasiya savaşında misilsiz bir qəhrəmanlıq salnaməsidir. Təkcə döyüş meydanında deyil, könüllü kimi yardım göndərən, əsgərə dua edən, informasiya cəbhəsində mübarizə aparan minlərlə qadın 44 günlük Zəfərin görünməz, amma möhkəm sütunu oldu.
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. O, Vətənin müdafiəsində qanunla yox, qəlbi ilə iştirak edib.
Əgər gələcəkdə qadınların könüllü hərbi xidmət sistemi genişlənsə, bu, heç də təəccüblü olmaz. Çünki bu xalqın genetik yaddaşında Tomris kimi döyüşçü qadınların ruhu, Xurşidbanu Natəvan kimi müdriklərin irsi, Gəncə, Tovuz, Şuşa, Cəbrayıl səngərlərində can vermiş şəhid qızların izi yaşayır. Bu gün Azərbaycan qadını həm ana, həm döyüşçü, həm də diplomat kimliyi ilə ölkəsinin dayağıdır. Bəli, Azərbaycan qadını bu xalqın tarixində təkcə həyat verən deyil, həm də onu qoruyan qüvvədir. Onun Vətən sevgisi bəzən bir dua, bəzən bir güllə, bəzən bir yaralı əsgərin əlini sıxmaq qədər sadə, amma bir xalqın azadlığı qədər uca bir hissdir”, - deyə Elnarə Akimova qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri