Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib ki, Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür: Rəqəmsal imtahanların keçirilməsi ənənəsi Azərbaycana yad deyil, ancaq bütün imtahanların rəqəmsallaşdırılması qəbul və buraxılış imtahanlarının da rəqəmsallaşdırılmasına gətirib çıxara bilər.
Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə ilə həmsöhbət olub.
Sədr bildirib ki, son dövrlərdə ölkəmizin müxtəlif ali məktəblərdə imtahanların təşkili prosesində rəqəmsallaşmaya geniş yer verilir: "Bu yanaşma qiymətləndirmənin daha şəffaf olmasına yol açır.
Məndə olan məlumata görə, artıq bir neçə ali məktəbdə imtahanlar rəqəmsal formada həyata keçirilir. Tələbə biletin suallarına cavab verir.
Sonra cavablar elektron formada müəllimə göndərilir və qiymətləndirilir.
Qəbul imtahanlarının da belə təşkili bu istiqamətdə imtahanlarda şəffaflığın artmasına xidmət edə bilər.
Lakin pedaqoji təcrübədə imtahanların keçirilməsinin üç forması məlumdur: şifahi, yazılı və test.