Icma.az
close
up
RU
Azərbaycanda qəbul imtahanları da onlayn keçirilə bilər

Azərbaycanda qəbul imtahanları da onlayn keçirilə bilər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib ki, Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür:

Rəqəmsal imtahanların keçirilməsi ənənəsi Azərbaycana yad deyil, ancaq bütün imtahanların rəqəmsallaşdırılması qəbul və buraxılış imtahanlarının da rəqəmsallaşdırılmasına gətirib çıxara bilər.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə ilə həmsöhbət olub.

Sədr bildirib ki, son dövrlərdə ölkəmizin müxtəlif ali məktəblərdə imtahanların təşkili prosesində  rəqəmsallaşmaya geniş yer verilir:

"Bu yanaşma qiymətləndirmənin daha şəffaf olmasına yol açır. Məndə olan məlumata görə, artıq bir neçə ali məktəbdə imtahanlar rəqəmsal formada həyata keçirilir. Tələbə biletin suallarına cavab verir. Sonra cavablar elektron formada müəllimə göndərilir və qiymətləndirilir. Qəbul imtahanlarının da belə təşkili bu istiqamətdə imtahanlarda şəffaflığın artmasına xidmət edə bilər.

Lakin pedaqoji təcrübədə imtahanların keçirilməsinin üç forması məlumdur: şifahi, yazılı və test. Şifahi imtahan hamı tərəfindən birmənalı olaraq, daha üstün yoxlama forması kimi dəyərləndirilir. Lakin şifahi imtahanlarda şəffaflıq imkanları məhdud olduğu üçün bu gün yazılı imtahanlara daha çox üstünlük verilir. Bu imtahanlarda adətən yazı vərəqi kodlaşdırılır və yoxlanması üçün müəllimə verilir. Kimin yazısını yoxladığını bilmədiyi üçün qiymətləndirmə daha obyektiv həyata keçirilir. İndi bu prosesin rəqəmsal formada təşkili daha çox aktuallaşıb. Ali məktəblərimizdə tələbələrin biliyinin qiymətləndirilməsində test imtahanlarından da istifadə olunur. Bu yoxlama formasında testin tərtibindən çox şey asılıdır. Test tapmaca xarakterli deyil, düşündürücü məzmun daşıdıqda qarşısına qoyulan məqsədi yerinə yetirilmiş olur".

H.Əlizadənin sözlərinə görə, dünya təhsilində eyni bir ali məktəbdə imtahanların hər üç formasından istifadə olunduğunu qeyd etmək lazımdır:

"Belə ki, ən ümumi şəkildə götürsək, şifahi imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla şifahi ifadə etmək (şifahi nitq), yazılı imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla yazılı ifadə etmək (yazılı nitq), test imtahanında isə cavablar arasından daha düzgün cavabı seçmək bacarıqlarının qiymətləndirilməsi imkanları geniş olur. Bu bacarıqların hər birinin inkişaf etdirilməsi onun mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Lakin şəffaflığın qorunması imtahanların rəqəmsal formada təşkilini zəruri edir. Onu da qeyd edim ki, son dövrlərdə ali məktəblərimizin bəziləri müəyyən imtahanların şifahi formada təşkilinə başlayınılıbdır. Hesab edirəm ki, imtahan prosesinin təşkilində şəffaflığın nə qədər əhəmiyyətli olduğunu təhsil subyektlərinin hamısı dərk etdikdən sonra imtahanların digər formalarından da istifadə etmək mümkün olacaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri