Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprel ayı ənənəvi olaraq tərəvəz bazarında qiymətlərin bir qədər sabitləşdiriy və ucuzlaşdığı dövr olsa da bu il vəziyyət bir qədər fərqlidir.
Həmişə bu vaxtlar pomidor ucuzlaşmaya doğru gedərdi. Artıq may ayı yaxınlaşır, bazarlarda pomidorun qiyməti 5 manatdan aşağı düşmür.
Hətta qiymət pomidor becərməyən ölkələrdəki qiymətlərlə eyni səviyyədədir.
Bizim Rusiyaya ixrac etdiyimiz pomidor Moskva bazarlarında təxminən Azərbaycandakı qiymətə satılır.
Modern.az-ın məlumatına görə, Bakı bazarlarında 1 kiloqram pomidorun qiyməti 5-7 manat arasında dəyişir.
Düzdür, bazarda 3-4 manata da məhsul tapmaq olar. Amma onların keyfiyyəti aşağı olur.
Supermarketlərdə pomidorun kiloqramı təxminən 4-6 manat arasında dəyişir.