Icma.az
close
up
RU
Azərbaycanda qızıl qiymətinə pomidor: hələ də BAHADIR...

Azərbaycanda qızıl qiymətinə pomidor: hələ də BAHADIR...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprel ayı ənənəvi olaraq tərəvəz bazarında qiymətlərin bir qədər sabitləşdiriy və ucuzlaşdığı dövr olsa da bu il vəziyyət bir qədər fərqlidir. Həmişə bu vaxtlar pomidor ucuzlaşmaya doğru gedərdi. Artıq may ayı yaxınlaşır, bazarlarda pomidorun qiyməti 5 manatdan aşağı düşmür. Hətta qiymət pomidor becərməyən ölkələrdəki qiymətlərlə eyni səviyyədədir. Bizim Rusiyaya ixrac etdiyimiz  pomidor Moskva bazarlarında təxminən Azərbaycandakı qiymətə satılır.

Modern.az-ın məlumatına görə, Bakı bazarlarında 1  kiloqram pomidorun qiyməti 5-7 manat arasında dəyişir. Düzdür, bazarda 3-4 manata da məhsul tapmaq olar. Amma onların keyfiyyəti aşağı olur.

Supermarketlərdə pomidorun kiloqramı təxminən 4-6 manat arasında dəyişir.

Bazarlarda salxım pomidor 6 manata, Zirə pomidoru isə 7 manat arasında satılır. ​ Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 manat bahadır.

Satıcılar qiymətlərin yüksək olmasını topdansatış qiymətləri ilə əlaqələndirilər. Satıcı Əziz Məmmədov deyir ki, açıq sahədən məhsul gələnədək qiymətin düşəcəyini gözləmir: "Apreldə adətən qiymət bir qədər enərdi, amma indi hələ də 5-6 manata yaxın satırıq. Çünki istixanada yetişən məhsul ucuz başa gəlmir, üstəlik, çox məhsul Rusiyaya gedir. Ora baha satmaq olur, satıcı da, fermer də ora yönəlir. Bizim üçünsə həm alış baha, həm də müştərilərlə izah etmək çətin olur. Alıcı deyir "niyə düşmür?", amma şərait elədir. Açıq sahədən məhsul gələnə kimi bu vəziyyət belə qalacaq yəqin".

Azərbaycanda istehsal olunan pomidorların əsas ixrac bazarlarından biri Rusiyadır. Rusiyada pomidor Azərbaycandan alındıqdan sonra topdansatış bazarlarında və böyük aqro-komplekslərdə satılır. Bu mərkəzlərdə rəqabət çox yüksəkdir və məhsullar iri həcmdə satıldığından qiymətlər daha aşağı olur. Moskvada ticarətlə məşğul olan Kamran Zeynalov deyir ki, qiymətlər əvvəlki illərlə müqayisədə bir az yüksəkdi. Məsələn, keçən il bu vaxtlar kilosunu 180-200 rubl arası satırdıqsa, indi 320-350 rubla qədər qalxıb. Amma yenə də alıcı azalmır – bilirlər ki, Azərbaycan pomidoru həm ətirli, həm də daha təbii olur. Əgər qiymət bir az düşsə, satış daha da artar."

Hazırda Azərbaycanda satılan pomidorun bir hissəsi xaricdən gəlir, əksəriyyəti isə istixana məhsuludur. Pomidor qiymətlərinin yüksək olmasınının əsas səbəbi istixana mövsümünün davam etməsidir. İstixana məhsullarının istehsal dəyəri açıq sahə məhsullarından daha yüksəkdir.

İstixana sahibi Əli Hacıyevin sözlərinə görə hazırda pomidorun qiymətinin yüksək olmasının əsas səbəbi istixana mövsümünün davam etməsidir: “Açıq sahədə məhsul yetişmədiyi üçün bazara çıxan pomidorların əksəriyyəti istixanalardan gəlir. İstixanada isə məhsulun maya dəyəri xeyli yüksəkdir. İstiliyi saxlamaq üçün qaz, elektrik, işçi qüvvəsi, gübrə – bunların hamısı baha başa gəlir. Pomidorun yetişməsi üçün təkcə istilik və enerji xərcləri bəzən onun yarı qiyməti qədər tutur. Bu da bizi məcbur edir ki, məhsulu daha yüksək qiymətə sataq ki, ziyana düşməyək”.

Mütəxəssislər hesab edir ki, aprel ayı açıq sahə pomidorlarının bazara çıxışı üçün hələ tez sayılır. Açıq sahə məhsulları adətən mayın ikinci yarısından bazara çıxır. Ona görə də təklif hələ də məhduddur və bu da qiymətlərə təsir edir. Əgər hava şəraiti əlverişli davam etsə və may ayından etibarən açıq sahə məhsulları bazara çıxarsa, qiymətlərdə müəyyən ucuzlaşma müşahidə oluna bilər.

2024-cü ildə Azərbaycanda istixanalarda 224,9 min ton pomidor istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə  bu, 2023-cü illə müqayisədə 44 min ton və ya 16,4 % azdır. Ötən il ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3 037 vahid istixana fəaliyyət göstərib. 2024-cü ildə ölkədə istixanaların sayı 191 ədəd və 5,9 faziazalıb.

2023-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3 228 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 268,9 min ton pomidor istehsal edilib.

Dövlət Statistika Komitəsinin son açıqladığı hesabata əsasən, Azərbaycanda pomidorun əkin sahəsi  son 5 ildə 10 fazi azalaraq 17, 8 min hektar olub. Pomidor sahələrinin 86,3 faizi  açıq, 13,7 faizi  isə örtülü torpaqların payına düşüb . Sahələrin azalmasına baxmayaraq pomidor istehsalı  bu dövrdə  21 faiz artaraq 845 min tona çatıb. İstehsalın  40,5 faizi tarla, 59,5 faizi istixanaların payına düşüb. Ölkədə pomidorun 65 faizdən çoxu  Abşeron (20,9 faiz), Şəmkir (20 faiz), Bakı (12,1 faiz), Xaçmaz (7,7 faiz) və Göyçay (5,4 faiz) rayonlarının payına düşüb. 

Azərbaycanın pomidor ehtiyatı və istifadəsi üzrə göstəruicilərinə nəzər salanda məlum olur ki, son 5 ildə həm istehsal həm də idxal artıb. Bununla parallel əhalinin şəxsi istehlakı da artıb. Ölkədə ildə adambaşına təxminən 63 kiloqram pomidor yeyilir. 5 il əvvə bu göstərici 44 kiloram olub. 

seeBaxış sayı:464
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri