Azərbaycanda quraqlığın təbii fəlakətlər siyahısına salınması təklif olunur

23.01.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda quraqlığın təbii fəlakətlər siyahısına salınması ilə bağlı layihə hazırlanıb.

"Cebheinfo.az"  xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir göstərir: "Belə bir şəraitdə quraqlıq fermerlərin xeyli dərəcədə müflisləşməsinə səbəb olur. Aqrar Sığorta Fondu bu istiqamətdə müəyyən işlər görsə də, quraqlığın miqyası o qədər genişdir ki, Fondun mövcud maliyyə imkanları çərçivəsində bu problemin tam həlli mümkün deyil".

Ə.Məsimli hesab edir ki, bu baxımdan, hüquqi mexanizmin işlənib hazırlanması vacibdir ki, bir tərəfdən Aqrar Sığorta Fonduna müəyyən dəstək göstərilsin, digər tərəfdən isə onun maliyyə imkanları ilə bağlı problemlərin həllinə şərait yaradılsın.

"Məhz buna görə də quraqlığın təbii fəlakətlər siyahısına salınması ilə bağlı layihə hazırlamışam. Həmin layihəyə aidiyyəti qurumlarla məsləhətləşmələrdən sonra konkret istiqamət verilməsi vacibdir", - deputat vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью